AYİB-in 2024-cü il üçün Ədəbiyyat üzrə Mükafatına əsərlərin qəbuluna başlanıb
Oktyabr 3, 2023

AYİB-in 2024-cü il üçün Ədəbiyyat üzrə Mükafatına əsərlərin qəbuluna başlanıb


Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) 2024-cü il üçün Ədəbiyyat üzrə Mükafatına əsərlərin qəbuluna başlanıb. 

Bu mükafat AYİB-in sərmayə yatırdığı ölkələrin (altı Şərq Tərəfdaşlığı ölkəsi daxil olmaqla) hər hansı birinin dilində yazılmış və ingilis dilinə tərcümə edilmiş, keçən il Avropa (Böyük Britaniya daxil olmaqla) və ya 2024-cü il üzrə qaydalarda Şimali Amerika nəşriyyat evlərində nəşr olunan ən yaxşı bədii əsərə təqdim olunur.  

Münsiflər heyəti 2024-cü ilin mart ayında finalçıların siyahısını elan edəcək. Əsas mükafatın qalibi 2024-cü ilin iyun ayında sözügedən bankın Londonda yerləşən baş ofisində keçiriləcək mükafatlandırma mərasimində elan ediləcək.   

20 000 avro dəyərində əsas mükafat müəlliflə tərcüməçi arasında bərabər bölüşdürüləcək. Daha iki finalçının hər birinə 4000 avro dəyərində mükafat veriləcək və bu mükafatlar da müəlliflər və tərcüməçilər arasında bölüşdürüləcək.   

Ərizələrin son qəbulu tarixi 30 noyabr 2023-cü ildir.

AYİB-in 2022-ci il üzrə Ədəbiyyat Mükafatının qalibi məşhur ukraynalı yazıçı Serhiy Jadanın yazdığı “Uşaq evi” kitabı olub. 

Bu il mükafatı almaq üçün təqdim olunmuş Ukraynalı yazıçı Volodımır Rafeyenkonun “Mondeqrin” adlı kitabı on finalçıdan ibarət siyahıya başçılıq edir.

Daha çox öyrən

Mətbuat üçün açıqlama

AYİB Ədəbiyyat Mükafatı 

BAĞLANIŞ TARİXİ:

Noyabr 30, 2023


ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,