Avropada təqaüdlü təhsil: fevralın 23-də Azərbaycanlı gənclər üçün məlumat sessiyası keçiriləcək
20 Fevral 2024

Avropada təqaüdlü təhsil: fevralın 23-də Azərbaycanlı gənclər üçün məlumat sessiyası keçiriləcək


Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi və Gənc Avropa səfirləri (YEAs) Avropada təqaüdlü təhsil və təcrübə imkanları ilə maraqlanan gəncləri “Avropada təqaüdlü təhsil” məlumat sessiyasına qatılmağa dəvət edir.

Sözügedən tədbir fevralın 23-də Landmark Hotel Baku-da saat 14:00-16:30-da baş tutacaq.

Məlumat sessiyası zamanı iştirakçılar aşağıdakı imkanlar haqqında ətraflı məlumat əldə edəcəklər:

  • Erasmus+ proqramı ilə Avropada tam təqaüdlü qısa müddətli təhsil;
  • Erasmus Mundus Birgə Magistr dərəcələri;
  • İsveç İnstitutunun təqaüd proqramları;
  • DAAD təqaüdləri;
  • Vişeqrad təqaüdləri;
  • Avropa Həmrəylik Korpusu (Avropada könüllü fəaliyyət);
  • Gənc Avropa səfirləri (YEAs) şəbəkəsi.

Qeydiyyat mütləqdir. Qeydiyyatdan keçmək üçün linkə keçid edin.

Daha çox öyrən

Mətbuat üçün açıqlama

BAĞLANIŞ TARİXİ:

23 Fevral 2024

İMKANIN NÖVÜ



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,