Avropa Şurasının Gənc Peşəkarlar Proqramı şuranın Strasburqdakı Katibliyində Kiçik layihə işçisi vəzifəsində işləmək istəyən şəxslər axtarır.
May 16, 2023

Avropa Şurasının Gənc Peşəkarlar Proqramı şuranın Strasburqdakı Katibliyində Kiçik layihə işçisi vəzifəsində işləmək istəyən şəxslər axtarır.


Yaşı 35-dən aşağı olan, beynəlxalq münasibətlərlə maraqlanan, ingilis və ya fransız dillərini yaxşı bilən gənc məzunlar proqramda iştirak edə bilərlər. Namizəd Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova və Ukraynanın daxil olduğu Avropa Şurasına üzv dövlətlərdən birinin vətəndaşı olmalıdır.

Avropa Şurası Aİ-yə üzv dövlətlərdə və üzv olmayan ölkələrdə çoxsaylı əməkdaşlıq fəaliyyətləri həyata keçirir. Bu fəaliyyətlər həmin ölkələrə insan hüquqları, qanunun aliliyi və demokratiya sahələrində Avropa Şurasının standartlarına çatmağa kömək etmək üçün həyata keçirilir.

Kiçik layihə işçisi insan hüquqları, demokratiya və qanunun aliliyi sahəsində əməkdaşlıq fəaliyyətlərinin hazırlanmasında və həyata keçirilməsində, eləcə də gündəlik olaraq fəaliyyət və tədbirlərin təşkilində iştirak edəcək.

Sözügedən proqram Avropa Şurasının qapılarını karyerasına yenicə başlayan şəxslərə ümumavropa təsisatında çalışmaqla təcrübə qazanmağa imkan yaradır. 

Ərizələrin son qəbulu tarixi 30 maydır.

Daha çox öyrən

BAĞLANIŞ TARİXİ:

May 30, 2023

İMKANIN NÖVÜ



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,