Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və Europa Nostra-nın rəhbərlik etdiyi 20 tərəfdaşdan ibarət konsorsium tərəfindən idarə olunan Avropa İrs Mərkəzi layihəsi Aİ-nin qonşu ölkələrində mədəni irsin qorunması layihələrini dəstəkləmək üçün Kiçik Qrantlar Proqramını işə salıb.
Bu proqram Aİ-yə qonşu ölkələrdə irs sahəsində çalışan vətəndaş cəmiyyəti təşklatlarını daha geniş Avropa irsi hərəkatında, eləcə də Avropanın yaşıl, rəqəmsal və sosial transformasiyasında fəal iştirak etməyə təşviq etmək və səlahiyyətləndirmək məqsədi daşıyır.
Layihə təkliflərinin qəbulunda Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova, Ukrayna və Qərbi Balkan ölkələri iştirak edə bilər. Bu ölkələr arasında transsərhəd layihələr də tələblərə cavab verir və təşviq edilir.
Avropa İrs Mərkəzinin Kiçik Qrantlar Proqramı aşağıdakı ölçülərdə layihələrə kiçik qrantlar ayırmaq üçün cəld maliyyələşdirmə alətidir:
– Kiçik layihələr – 2 000 avrodan 10 000 avroya qədər olan qrantlar;
– Orta layihələr – 10 000 avrodan 30 000 avroya qədər olan qrantlar;
– Böyük layihələr – 30 000 avrodan 50 000 avroya qədər qrantlar.
Müraciət üçün son tarix 31 martdır.
Kiçik Qrantlar Proqramı Avropa İttifaqı tərəfindən birgə maliyyələşdirilən Avropa İrs Mərkəzi pilot layihəsinin bir hissəsidir. Bu təşəbbüs ALIPH Fondu tərəfindən də dəstəklənir.
Daha çox öyrən





Digər məlumatlandırma səhifələri:
Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?
Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.
Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,