Avropa Həmrəylik Korpusu: Fransanın cənubunda uzunmüddətli könüllülük imkanı
Aprel 5, 2024

Avropa Həmrəylik Korpusu: Fransanın cənubunda uzunmüddətli könüllülük imkanı


Fransanın cənubunda yerləşən Qayak şəhərində fəaliyyət göstərən Gənclər və Mədəniyyət Mərkəzi (Maison des jeunes et de la Culture de Gaillac) Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova və Ukraynadan olan könüllüləri uzunmüddətli könüllülük fəaliyyətində iştirak etməyə dəvət edir. Sözügedən fəaliyyət 2024-cü il oktyabr ayının 1-dən 27 iyul 2025-ci il tarixinədək davam edəcək.

Könüllülər mərkəzin Avropa dəyərləri və mədəniyyətinin yayılmasına yönəlmiş gənclər fəaliyyətlərində və mədəniyyət tədbirlərində iştirak edəcəklər. Könüllülər müxtəlif Avropa və beynəlxalq yerdəyişmə proqramlarını təşviq edəcək, kənd yerlərində yerli mədəni tədbirlərdə görüşlər və mübadilələr təşkil edəcək (Poliqlot klubu, Eurofest və s.) və könüllülərin doğma ölkələrinin (musiqi, kulinariya, memarlıq, ədəbiyyat) mədəni zənginliyini təbliğ edən uşaq tədbirləri təşkil edəcək. 

Könüllülər həmçinin Gənclər və Mədəniyyət Mərkəzinin fəaliyyətlərində, festival və səfərlərdə iştirak edəcək, o cümlədən mərkəzin sosial şəbəkələrini idarə edəcəklər.

Könüllülər Qayak yaxınlığında mənzildə yerləşdiriləcəklər. Hər bir könüllüyə yemək, nəqliyyat və cib pulu üçün hər ay təxminən 400 avro veriləcək.

Ərizələrin təqdim olunması üçün son tarix 22 apreldir.

Daha çox öyrən

Mətbuat üçün açıqlama

BAĞLANIŞ TARİXİ:

Aprel 22, 2024


ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,