Avropa Həmrəylik Korpusu: Azərbaycan və Gürcüstandan olan şəxslər üçün Polşada uzunmüddətli könüllülük imkanı
21 Mart 2025

Avropa Həmrəylik Korpusu: Azərbaycan və Gürcüstandan olan şəxslər üçün Polşada uzunmüddətli könüllülük imkanı


Polşanın Vroslav şəhərindəki demokratiya məktəbi (Fundacja Integracji Spolecznej Prom) Azərbaycan və Gürcüstandan olan könüllüləri 1 sentyabr 2025-ci ildən 30 iyun 2026-cı il tarixinədək uzunmüddətli könüllü fəaliyyətində iştirak etməyə dəvət edir.

Könüllü müəllimlərə dəstək olmaq və uşaqların gündəlik fəaliyyətlərində onlara kömək etmək, əyləncəli və maraqlı tədbirlər təşkil etmək üçün çalışacaqlar. 

Könüllü başqa bir könüllü ilə iki otaqlı mənzildə qalacaq. Ona hər ay cib pulu (150 avro), yemək pulu (650 PLN) və yerli nəqliyyat üçün kart veriləcək. Vroslava və geriyə gediş-gəliş xərci ESC qaydalarına uyğun olaraq ödənilir. Könüllülər üçün polyak dili dərsləri 2-3 ay davam edəcək, iştirak mütləqdir.

Namizədlər ingilis dilini mükəmməl bilməli, öyrənməyə və ya bacarıqlarını təkmilləşdirməyə hazır olmalı, eləcə də böyük qruplarla və qarışıq mühitdə işləməkdən qorxmamalı, məsuliyyətli və etibarlı, yaradıcı, mehriban, sərbəst və həssas olmalı, uşaqlarla iş təcrübəsi (skautluq, müəllimlik və s.) olmalı və heç bir cinayət keçmişi olmamalıdır.

Müraciət üçün son tarix mayın 31-dir.

Daha çox öyrən

Mətbuat üçün açıqlama

BAĞLANIŞ TARİXİ:

31 May 2025


ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,