Aİ tərəfindən dəstəklənən Yerli Trans-sərhəd Araşdırma Jurnalistikası Proqramı peşəkar araşdırmaçı jurnalistlər və/yaxud xəbər redaksiyaları üçün qrant müsabiqəsinə start verib.
Qrant proqramında trans-sərhəd araşdırma üçün konkret həmin ölkədə maraq doğuran mövzuları işıqlandıran və azı iki müxtəlif Avropa ölkəsindən olan yerli araşdırmaçı jurnalistlər və/yaxud kütləvi informasiya vasitələrinin jurnalist qrupu iştirak edə bilər. Məsələn: müqayisə edilə bilən müxtəlif şəhərlərdən olan jurnalistlər və/yaxud xəbər agentlikləri öz şəhərlərinin, məsələn, mənzil, tullantı, turizm, yerdəyişmə və s. məsələlərlə necə məşğul olduğunu araşdıra bilər.
Sözügedən qrant proqramı ən azı iki fərqli ölkədə yaşayan yerli jurnalistlər/media qurumunun iştirakı üçün nəzərdə tutulub. Seçilən mövzu ilə əlaqədar olaraq Avropadan kənarda çalışan komanda üzvləri də qəbul edilə bilər.
Dəstəklənəcək bütün araşdırmalar arasında bölüşdürüləcək qrantın ümumi məbləği təxminən 209 000 avro təşkil edir. Qrantların miqdarı kiçik araşdırmalar üçün 2 000 avrodan başlayaraq bir çox ölkədə xəbər redaksiyalarını əhatə edən çox böyük araşdırmalar üçün 10 000 avro və ya daha çox məbləğə qədər dəyişə bilər.
Avropa Trans-sərhəd qrantları Avropa İttifaqı, “Limelight” Fondu və “Vereniging Veronica”nın maliyyə dəstəyi ilə Journalismfund.eu tərəfindən təmin edilir.
Qrantlar əmək və logistika, səyahət, sığorta, hüquqi yardım, tərcümə, texnologiya və məlumat dəstlərinə çıxış və s. kimi xərcləri əhatə edə bilər.
Müraciət üçün son tarix 7 noyabrdır.
Daha çox öyrən





Digər məlumatlandırma səhifələri:
Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?
Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.
Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,