Avropa İttifaqı (Aİ) və BMT-nin İnkişaf Proqramı (BMTİP) Lənkəran-Astara İqtisadi Rayonunda birgə təşəbbüslərin dəstəklənməsi məqsədilə qrant müsabiqəsi elan edir.
Müsabiqə Avropa İttifaqı tərəfindən maliyyələşdirilən, BMTİP və Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən icra edilən “Lənkəran-Astara İqtisadi Rayonunda Meyvə-Tərəvəz Sektorunda Rəqabət Qabiliyyətinin, Əməkdaşlığın və Müasirləşmənin Təşviqi” (EU4Lankaran) layihəsi çərçivəsində keçirilir.
Qrant müsabiqəsində meyvə-tərəvəz dəyər zəncirinin iştirakçılarını dəstəkləmək üçün qalib gəlmiş təşəbbüslərə 10 000 – 200 000 avro məbləğində nağdsız yardım göstəriləcək.
Müsabiqəyə qeyri-rəsmi təsis edilmiş meyvə-tərəvəz dəyər zənciri iştirakçıları (minimum 10 üzv), üzvlərinin maksimum 10 ha torpaq sahəsi olduğu fermer birlikləri; kooperativlər və birliklər; minimum 20 meyvə-tərəvəz istehsalçısı və ya yetişdiricisi ilə birləşmiş meyvə-tərəvəz aqreqatorları; qadın qrupları (minimum 10 üzv); gənclər (18-29 yaş) qrupları (minimum 10 üzv) kimi müxtəlif təşəbbüslər müraciət edə bilər.
Ərizələrin son qəbulu tarixi 12 sentyabr 2024-cü ildir.
Daha çox öyrən





Digər məlumatlandırma səhifələri:
Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?
Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.
Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,