Aİ və BMT-nin Əhali Fondu Azərbaycanda atalar üçün “Əziz qızım” adlı müsabiqə elan edib
Aprel 7, 2023

Aİ və BMT-nin Əhali Fondu Azərbaycanda atalar üçün “Əziz qızım” adlı müsabiqə elan edib


Aİ-nin Azərbaycandakı Nümayəndəliyi (Aİ) Azərbaycanlı qız atalarını “Əziz qızım” adlı müsabiqədə iştirak etməyə dəvət edir.   

Müsabiqə Birləşmiş Millətlər Təşkilatının Əhali Fondu (UNFPA) tərəfindən Aİ-nin “Cənubi Qafqazda gender əsaslı cins seçimi və digər zərərli təcrübələrin aradan qaldırılması”  proqramı çərçivəsində təşkil edilir.

Müsabiqədə iştirak etmək üçün qız ataları UNFPA Azerbaijan-ın Facebook səhifəsindəki paylaşımın altındakı şərh bölməsində “Əziz qızım” sözləri ilə başlayan məktub yazmalıdır. Bu məktublarda atalar qızlarına arzularını, onunla bağlı hiss və duyğularını paylaşa bilərlər. Ən yaxşı məktub müəllifləri hədiyyələr qazanacaq.

Son tarix 17 aprel, saat 12:00-dır.

Daha çox öyrən

Mətbuat üçün açıqlama

BAĞLANIŞ TARİXİ:

Aprel 17, 2023

İMKANIN NÖVÜ



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,