Aİ-nin Azərbaycandakı Nümayəndəliyi “Yaşıl Gələcək” adlı bilik yarışına start verib və gəncləri sahibkarlıq müəssisələri üçün innovativ “yaşıl” texnoloji həllər təqdim etməklə yarışmaya qoşulmağa dəvət edib. Yarışmanın məqsədi gəncləri biznes dünyasında dayanıqlığı və ətraf mühitlə bağlı məsuliyyət təşviq edən ideyalar işləyib hazırlamağa həvəsləndirməkdir.
Gənclər sənaye liderləri, yüksək vəzifəli şəxslər və dayanıqlıq sahəsindəki ekspertlərdən ibarət nüfuzlu auditoriya qarşısında ideyalarını təqdim etmək və dəyərli təcrübə qazanmaq imkanı əldə edəcəklər.
Yarışmaya qoşulmaq üçün dörd üzvdən ibarət komanda yaratmalısınız.
Yarışma yuxarı sinif şagirdləri (8-ci sinif və daha yuxarı) və hal-hazırda bakalavr və ya magistr dərəcəsi üzrə təhsil alan tələbələr üçün nəzərdə tutulub. Hər bir komanda ideyalarını müsabiqənin müxtəlif səviyyələrində münsiflər heyəti qarşısında təqdim etmək və müdafiə etməlidir və bu səbəbdən iştirakçılar təqdimatla çıxış etmək qabiliyyətinə malik olmalıdırlar.
Daha ətraflı məlumat və müraciət etmək üçün: https://forms.gle/QfeVzgtwAEPYH5yS6
Müraciət üçün son tarix 13 yanvar saat 13:00-dur.
Daha çox öyrən
Müsabiqə haqqında elan və ərizə forması






Digər məlumatlandırma səhifələri:
Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?
Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.
Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,