Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Proqramı 2026-ci il üzrə Aİ tərəfindən maliyyələşdirilən təqaüd proqramları üçün ilk ərizə qəbuluna başlayıb.
Şərq Tərəfdaşlığı ölkələrinin (Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna) bütün vətəndaşları hazırda harada olmalarından asılı olmayaraq ərizə qəbulunda iştirak edə bilərlər.
Müraciət edənlərin yaşı 18-dən çox olmalı, İngilis dilini yaxşı səviyyədə bilməli və ictimaiyyətin iştirakı və ya vətəndaş cəmiyyəti üçün texnoloji həllər sahəsində təqaüd layihəsi ideyasına malik olmalıdır.
Seçilmiş namizədlər fərdi təlimlərə cəlb olunacaq və layihələrinin həyata keçirilməsi üçün 5000 avro vəsait alacaqlar. Onlar həmçinin ŞT Vətəndaş Cəmiyyəti Təqaüd Proqramının məzunlar şəbəkəsinə üzv olmaq imkanı qazanacaqlar.
Bu müsabiqə iki növ təqaüd təklif edir: Ümumi təqaüdlər və Rəqəmsal təqaüdlər. Davamlı, dayanıqlı və inteqrasiya olunmuş iqtisadiyyatların inkişafına töhfə verən, hesabatlılığı, qanunun aliliyini və təhlükəsizliyi gücləndirən, davamlı və inklüziv rəqəmsallaşmanı dəstəkləyən, iqlim və ətraf mühitin dayanıqlığını təmin edən, o cümlədən qərar qəbuletmədə iştirakı və sosial ədaləti təşviq edən təqaüd layihələri üçün təkliflər qəbul edilir.
Vətəndaş cəmiyyətinin dayanıqlığının gücləndirilməsinə töhfə verən təqaüd layihələri üçün əlavə qiymətləndirmə balları veriləcək.
Müraciət üçün son tarix 30 dekabrdır. Ərizə formaları onlayn qaydada doldurula bilər.
Bir layihə təklifi qəbulunda yalnız bir dəfə ərizə ilə müraciət etmək mümkündür. Layihə təklifi seçilmədikdə növbəti dəfə yenidən başqa layihə təklifi ilə müraciət etmək olar.
Növbəti layihə təkliflərinin qəbulları 2026-cı ilin yaz və qış aylarında və 2027-ci ilin yaz aylarında elan ediləcək.
Daha çox öyrənin
Mətbuat üçün açıqlama2026-cı il üzrə Təqaüd proqramına müraciət üçün təlimatlar





Digər məlumatlandırma səhifələri:
Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?
Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.
Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,