Sağlamlıq və ətraf mühit bir-birinə sıx bağlıdır: cari COVİD böhranından hansı nəticələri çıxara bilərik?
May 27, 2020

Sağlamlıq və ətraf mühit bir-birinə sıx bağlıdır: cari COVİD böhranından hansı nəticələri çıxara bilərik?


Koronavirus pandemiyası planetin demək olan bütün sakinlərinin həyatına təsir edib.

Bu virus səbəbindən səhiyyədə fövqaladə vəziyyət davam etdiyi müddət ərzində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təlimat və tövsiyələrinə ciddi qaydada əməl etməliyik. Artıq bir çox ölkələr COVID-19 virusunun yayılmasından sonra insanların və iqtisadiyyatların bərpası üçün dəstək tədbirləri müzakirə etməyə başlayıblar.

Şübhəsiz ki, mövcud vəziyyətdən nəticə çıxarmaq, dayanıqlığı artırmaq və gələcək böhranların qarşısını almaq və ya heç olmasa nəticələrini azaltmaq üçün müəyyən vaxt tələb olunur.

Eyni zamanda pandemiya sağlam ətraf mühit, o cümlədən su sistemləri və insan sağlamlığı arasındakı əlaqəni daha da gücləndirib.

  • Water Inspection Laboratory of the National Environmental Agency of Georgia
  • EUWI+ Facebook poster on COVID-19 prevention measures

Məhz buna görə Avropa İttifaqının pandemiyaya qarşı qlobal tədbirlərində suyun keyfiyyəti məsələsi diqqətdə saxlanılaraq bu sahədə tədqiqatlar, sağlamlığın və suyun keyfiyyətinin qorunması məqsədilə 15,6 milyard avro dəyərində dəstək paketi qəbul edilmişdir. Avropa İttifaqı özünün Şərqi tərəfdaşlarına dəstək nümayiş etdirərək sözügedən dəstək paketi çərçivəsində ümumilikdə Şərqi tərəfdaş ölkələri üçün 962 milyon avro ayırmışdır

Avropa İttifaqının Şərq Tərəfdaşlığı üzrə Su Təşəbbüsü Plyus (EUWI+) layihəsi Avropa İttifaqının Şərq Tərəfdaşlığı ölkələrində su sektoruna ayırdığı ən böyük maliyyə yardımıdır. Avropa İttifaqı tərəfindən maliyyələşdirilən layihə çərçivəsində altı tərəfdaş ölkənin qanunvericiliyinin Aİ-nin Su Çərçivə Direktivinə uyğunlaşdırılmasına və altı Şərq Tərəfdaşlığı (ŞT) ölkəsində milyonlarla vətəndaşın həyat və sağlamlığını qorumağa yönəlmiş suyun keyfiyyətinə dair uzunmüddətli siyasətlərin və suyun dayanıqlı idarə edilməsi üzrə təcrübələrin hazırlanmasına dəstək verilir.

Canlı təbii ekosistemlər insanların sağlamlığı baxımından ən mühüm amillərdəndir

Təbii ekosistemlər oksigen, qida təchizatı və təmiz su kimi ekosistemə aid həyati-vacib xidmətlər təmin edir. Bu danılmaz faktdır. Amma sabit və təhlükəsiz yaşayış şəraiti üzrə xidmətlərin, biomüxtəliflik, iqlim dayanıqlığı, suyun təmizlənməsi, xəstəliklərin tənzimlənməsi, zərərvericilərə qarşı mübarizə, daşqınların tənzimlənməsi və azaldılması və s. üçün yaşayış mühitində bağlantıların tənzimlənməsi və dəstəklənməsinin təmin edilməsi açıq-aydın nəzərə çarpmır. Amma onlar olmasa həyatımız və rifahımız sadəcə mümkün olmazdı.

Bununla belə yalnız sağlam təbii sistemlər adı çəkilən bu xüsusiyyətləri həyata keçirə və qoruyub saxlaya bilər. Təəssüflər olsun ki, bir çox ekosistemlər kəskin şəkildə korlanmışdır, yaxud insan fəaliyyəti və həddindən artıq istismar nəticəsində, eləcə də əlavə olaraq iqlim dəyişikliyinin təsiri səbəbindən əziyyət çəkir. Ekosistemdə baş verən dəyişikliklər ilə insanların rifahı arasında güclü əlaqələr mövcuddur.

  • Surface Water field surveys in Moldova

Avropa İttifaqının Su Təşəbbüsü Plyus layihəsi su ekosistemlərinin mühafizəsinə necə kömək edir? Layihənin məqsədi, su ehtiyatlarının idarə edilməsi işində sistemli yanaşma, daha doğrusu su ehtiyatlarının inteqrasiyalı idarə olunmasını işləyib hazırlamaqdır. Bu metod, suyun insanlar tərəfindən müxtəlif cür istifadəsi və təbii su ekosistemlərinin qorunub saxlanılması və bərpası baxımından su ehtiyatlarının təbii balansını möhkəmləndirməyə yönəlmişdir. Layihədə Avropa standartlarına uyğun olaraq su ehtiyatlarının inteqrasiyalı idarə olunması üçün yeni vasitə və konsepsiyaların hazırlanması və uyğunlaşdırılmasında altı tərəfdaş ölkəyə dəstək verilir.

Su ehtiyatlarınlın innovativ idarə edilməsi konsepsiyaları arasında Aİ-nin Su Çərçivə Direktivində təqdim olunan Çay hövzələrinin idarə edilməsi planları və ətraf mühitin monitorinqi var və bu, insan fəaliyyətinin təbii ekosistemlərə inteqrasiyası baxımından vacib əhəmiyyət daşıyır. Avropa İttifaqının Su Təşəbbüsü Plyus layihəsi sayəsində su ehtiyatlarının idarə edilməsi ilə əlaqədar adı çəkilən vasitələrin həyata keçirilməsi üçün altı tərəfdaş ölkənin bacarıqları artırılır və insanların sağlamlığını və ətraf mühitin təhlükəsizliyini təmin edən davamlı inkişafın əldə olunması məqsədilə həmin vasitələr onların ehtiyac və yerli reallıqlarına uyğunlaşdırılır.

İçməli su ehtiyatlarından etibarlı istifadə – böhran dövründə təhlükəsiz həyat

Təmiz və təhlükəsiz su insan həyatı üçün əvəzolunmazdır. Etibarlı su ehtiyatı olmadan yoluxucu xəstəliklərin qarşısının alınması və mübarizə tədbirlərini həyata keçirmək mümkün deyil. Etibarlı içməli su ehtiyatlarına çıxış Avropa qitəsinin hər yerində məqbul qəbul edilə bilməz. Hər kəs üçün keyfiyyətli su təmin edən su təchizatına və kanalizasiya sisteminə çıxış imkanı təmin etmək üçün güclü tənzimləmə bazası, həmçinin infrastruktur, avadanlıq, insan və maliyyə mənbələri tələb olunur. 

  • Water Inspection Laboratory of the National Environmental Agency of Georgia

Avropa İttifaqının Su Təşəbbüsü Plyus layihəsi Birləşmiş Millətlər Təşkilatının Su haqqında Konvensiyası və “Su və sağlamlıq haqqında” Protokolunun mexanizmlərinə uyğun olaraq içməli su və kanalizasiya sistemi üzrə konkret milli hədəflər təyin etməkdə Ermənistan, Azərbaycan, Belarus, Gürcüstan, Moldova Respublikası və Ukraynaya kömək edir.

Aİ tərəfindən maliyyələşdirilən layihə çərçivəsində ŞT ölkələri suyun keyfiyyəti ilə bağlı etibarlı məlumatların təmin edilməsi üçün su ehtiyatlarının monitorinqi və laboratoriya təhlilləri üzrə bacarıqlarını artırıblar. Buraya su ehtiyatlarının monitorinqi şəbəkələrinin bərpası və müasir avadanlıq və kadr hazırlığı təmin etməklə laboratoriyaların yenilənməsinə dəstək də daxildir.

Dərindən düşünmək zamanıdır: nəyi həqiqətən qiymətləndirir və prioritet hesab edirik?

Görünməmiş miqyasda böhran ətrafında fikir mübadiləsi aparmaq müəyyən vaxt tələb edir. Gələcəkdə belə böhranların baş verməməsi və daha etibarlı gələcək qurmaq üçün əlimizdən gələn hər şeyi etməliyik. Cari sistemlərin çoxlu sayda çatışmazlıqlarının olduğunu və insan fəaliyyətinin təbiətə mənfi təsir göstərdiyini çox yaxşı bilirik. Dəyərlərimizi yenidən qiymətləndirməyə və koronavirus pandemiyasından sonrakı dövrdə mühüm əhəmiyyət daşıyan məsələləri prioritet kimi qəbul etmək üçün vaxt ayırmağa çalışaq.

Düzgün idarə edilən su ekosistemləri ilə insan sağlamlığı arasında mühüm əlaqələr qurulmuşdur ki, bu da suyun idarə edilməsində sağlamlığı prioritet kimi qəbul etməli olduğumuzu göstərir. Təbiətə əsaslanan həll yollarını rəhbər prinsip kimi qəbul etmək və ciddi şəkildə əməl etmək iqtisadiyyatın bərpası və gələcək inkişaf üçün son dərəcə faydalı olacaq. Bundan əlavə, su ehtiyatlarının idarə edilməsinə dair siyasətin qurulmasında və həyata keçirilməsində səhiyyə sektorunun sahələrarası və sektorlararası dialoqa cəlb edilməsi tələb olunur.

  • Transitional and coastal waters monitoring survey in Georgia

Su ehtiyatlarına qoyulan sərmayələr özünü doğruldur və nəticəsiz qalmır: ilk nöbvədə, təbii ekosistemlərin xidmətlərindən iqtisadi fayda əldə etməyi dəstəkləyir, virusların yayılmasına qarşı bufer rolunu oynaya bilən biomüxtəlifliyi və su ekosistemlərini qoruyur. İkincisi, bu, su və kanalizasiya sistemlərini mövcud COVID-19 pandemiyası kimi böhranlara daha davamlı edir, əsas gigiyena üzrə təhlükəsiz təmiz suya bərabər çıxış təmin edir. Nəhayət, su ehtiyatlarının yaxşı idarə olunması, səhiyyə sektorunun üzərinə düşən yükü azaldır: su ehtiyatının idarə edilməsi ilə bağlı təcrübəni təkmilləşdirməklə ictimai səhiyyə sektorunun gizli xərclərini minimuma endirir.

Bir çox məsələlər əlavə məlumat toplamaq, tədqiqat və təhlil tələb edir. Mövcud problemin görünməmiş miqyası, birgə işləməli, daha səmərəli əməkdaşlıq etməli və sağlam planetdə sağlam insanlar kimi hədəfimizə sadiq qalmalı olduğumuzu göstərir.

Article published by EUWI+ in English and Russian



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,