Dayanıqlı media: müstəqilliyin açarı
Aprel 27, 2018

Dayanıqlı media: müstəqilliyin açarı


Hər il mayın 3-ü Dünya Mətbuat Azadlığı Günü kimi qeyd olunur. Məhz bu gün bizə demokratiyanın təməl daşı olan azad medianın rolu, mediada plüralizmin əhəmiyyəti, o cümlədən vətəndaşların məlumatlandırılması və onların maraqlarının qorunmasında və güc sahiblərinin məsuliyyətə cəlb olunmasında obyektiv, keyfiyyətli və etik jurnalistikanın əhəmiyyətini xatırladır.

Müstəqillik haqqında çox, ancaq onun həqiqətən nə olduğu haqqında az eşidirik. Biz müstəqil nöqteyi-nəzər haqqında, araşdırma aparan və tez-tez birbaşa təhdidlərlə üzləşən jurnalistlər haqqında düşünürük, ancaq əmək haqqlarının və təchizatçıların haqqlarının ödənilməsi üçün ofislərdə jurnalistlərin arxasında çalışan və onların məqalələrinin efirə çıxması və ya çap olunmasını təmin edən media menecerləri haqqında çox az bilirik.

Avropa İttifaqı bu məsələ haqqında xəbərdardır.“Müstəqil medianın üzləşdiyi təhlükələr mürəkkəb xarakter daşıyır”. Bu sözləri Avropa Qonşuluq Siyasəti üzrə Komissarı Johannes Hahn keçən ilin sentyabrında baş tutan Şərq Tərəfdaşlığı media konfransında bildirib. Maraqlı dairələr və media mülkiyyətçiliyi müstəqil medianın gələcəyini sual altında qoyur deyən Hahn medianın iqtisadi dayanıqlığına nail olmaq üçün yolların axtarılmasının həyati-vacib əhəmiyyətini vurğulayıb.

“Hazırda məzmunun hazırlanmasına və ümumilikdə jurnalistikaya kifayət qədər dəstək verilir, lakin dayanıqlı olmaq üçün yerli medianın daha çox köməyə ehtiyacı var”. Bu fikirləri Aİ tərəfindən maliyyələşən AÇIQ Media Mərkəzi layihəsi ilə çalışan Çexiyanın ən yaşlı və nüfuzlu gündəlik nəşrlərindən olan Lidové noviny qəzetinin rəhbəri Veselin Vaçkov söyləyir. Adı çəkilən layihə çərçivəsində Şərq Tərəfdaşlığı ölkələrində artan təşkilati və maliyyə idarəetməsi bacarıqlarına, çap və internet medianın gəlirlərinin maksimuma çatdırılması yollarına yönəlmiş və medianın idarə edilməsinə dair bir sıra seminar və ustad dərsləri keçirilmişdir.

  • Newsroom of Belarusian on-line media outlet TUT.BY

Vaçkov deyir ki, Ermənistan, Gürcüstan və Ukraynada əməkdaşlıq etdiyi kütləvi informasiya vasitələri media etikasından xəbərdardır və “hətta Qərb standartlarına uyğun” balanslaşdırılmış və keyfiyyətli iş ərsəyə gətirmək üçün səylə çalışırlar.

“Lakin dövlət dəstəyindən asılı olan, yerli sahibkarın və ya oliqarxın dəstəyi və ya hətta Aİ-nin maliyyə dəstəyi ilə fəaliyyət göstərən KİV-lər tezliklə tamamilə azad olmadığını aşkar edir.”

“Müstəqil medianı boğmaqda açıq siyasi təzyiqdən çox maliyyə təzyiqi daha səmərəli ola bilər”. Bu sözləri Moldovanın paytaxtı Kişinyovda fəaliyyət göstərən PRO TV adlı aparıcı müstəqil televiziya kanalının xəbərlər bölməsinin rəhbəri Artur Korqença deyir. “Maliyyə azadlığı redaksiya azadlığı ilə sinonimdir. Moldova dövlət orqanları bunu yaxşı anlayır və müstəqil medianın fəaliyyətini çətinləşdirməyə çalışırlar”, – deyə Korqença qeyd edir.

Keçən il hökumət televiziya kanallarını praym-taym vaxtı altı saat olmaqla, gündə azı səkkiz saat yerli proqramlar istehsal etməyə məcbur edən yeni qaydalar tətbiq etdi. “Bu PRO TV Kişinyov daxil olmaqla, əksər kanallar üçün dözülməz maliyyə yükü olmaqla yanaşı,” televiziya kanallarının praym-taym vaxtı futbol və ya Holivud filmləri –“yəni reklam və nəticədə pul cəlb edən proqramlar,” kimi yüksək reytinqli xarici proqramların yayımlanmasına icazə verilmədiyi deməkdir”, – deyə Korqença izah edir.

  • Veselin Vačkov, director of Czech daily newspaper Lidové noviny
  • Media Hub trainer Veselin Vačkov during follow-up meetings with Armenian on-line media ‘Aravot.am’ in Yerevan

PRO TV Avropa İttifaqı tərəfindən dəstəklənən və demokratiya və insan haqqlarını təşviq edən təşkilatlara qrant ayıran Avropa Demokratiyaya yardım Fondunun (EED) köməyilə uçurumun bircə addımlığından geri dönə bilmişdir. EED-in maliyyə yardımı ilə PRO TV Moldovada ən məşhur proqramlardan birinə çevrilən “In PROfunzime” adlı həftəlik siyasi tok-şou daxil olmaqla, dörd yeni şou, o cümlədən məşhur əyləncəli şoular hazırlayıb.

“EED-in dəstəyi sayəsində yerli istehsala dair normalara cavab verə bildik” və eyni zamanda gələcək üçün daha dayanıqlı baza yaratdıq”, – deyə Korqença əlavə edir. “Çətin vəziyyətə baxmayaraq, şouların məşhurlaşması və yüksək reytinq yığması səbəbilə gələcəkdə bu proqramların vasitəsilə reklam əldə edəcəyimizə əminik.”

EED-in maliyyə dəstəyi ilə PRO TV həmçinin istehsalla məşğul olan komandalar və proqramlar üçün daxili potensial yarada bilmişdir. Korqença qeyd edir ki, “artıq həmin komandaların şouları istehsal etməyə və gələcəkdə yeni TV layihələrin hazırlanmasında təşəbbüs göstərmək üçün lazımi təcrübəsi var”. 

Lakin, maliyyə təzyiqləri təkcə siyasi xarakter daşımır. Öz növbəsində Veselin Vaçkov qeyd edir ki, əslində Şərq Tərəfdaşlığı ölkələrində medianın üzləşdiyi çətinliklər son illərdə Qərbi Avropa mediasını bürüyən çətinliklərə çox oxşayır. O, buraya iqtisadi böhran nəticəsində kəskinləşən qəzetlərin tirajlarının azalması, çap formatından rəqəmsal formata keçid və internet vasitəsilə gəlirlərin əldə olunması, yeni texnologiyalara investisiya yatırılmasına ehtiyacın yaranması, o cümlədən reklamdan gələn gəlirinin azalması kimi çətinlikləri daxil edir.

Onun onlayn kurs şəklində mövcud olan kütləvi informasiya vasitələrinin idarə edilməsinə dair təlimləri bütün bu məsələləri və daha artığını əhatə edir. “Biz olduqca müsbət rəylər aldıq”,- deyə Vaçkov bildirir. “Təlimin iştirakçıları daha sağlam gələcək üçün bu dəstəkdən yararlanmaqdan həqiqətən məmnundurlar”.

  • Artur Corghencea, news director at PRO TV (Republic of Moldova)
  • Artur Corghencea: “Financial independence is synonymous with editorial independence.”
  • L-r: Veselin Vačkov (Lidové noviny) talks to Anna Israelyan, editor-in-chief of Armenian on-line media “Aravot.am”

Belarusda fəaliyyət göstərən, 50-dən artıq redaksiya heyətinə malik və Belarus internet istifadəçilərinin 42,9%-i tərəfindən oxunan TUT.BY adlı aparıcı internet xəbər portalının icraçı direktoru Lyudmila Çekina deyir ki, kiçik bazara sahib ölkədə uğurlu media biznesinin fəaliyyət göstərməsi çox çətindir.

Çekina qeyd edir ki, uğurlu maliyyə modeli müstəqil kütləvi informasiya vasitəsinin varlığını təmin edir. “Yüksək rentabellik kütləvi informasiya vasitəsinə böyük korporativ reklamçılardan azad olmağa imkan verir”.

Adı çəkilən şirkətin 2000-ci ildə startap nəticəsində yaranmasına və mühüm rəqəmsal media iştirakçısına çevrilməsinə baxmayaraq, xarici iştirakçılar daxil olmaqla, Belarusun brend reklamı bazarından asılılığı və internetdə artan rəqabət TUT.BY portalını özünün təşkilati strukturunu hazırlamağa və fəaliyyətinə davam etməsi üçün daha yaxşı fəaliyyət prosesləri tətbiq etməyə vadar etdi.

Bunun üçün TUT.BY portalı onu beynəlxalq biznes məsləhətçiləri ilə əlaqələndirən Avropa Yenidənqurma və İnkişaf Bankının həyata keçirdiyi və Aİ tərəfindən maliyyələşən Kiçik Müəssisələr üçün Məsləhət proqramına müraciət etdi. “Sözügedən layihə şirkətə istehsal fəaliyyətini əhəmiyyətli dərəcədə təkmilləşdirməyə kömək etdi, o cümlədən video çəkiliş sahəsinin inkişafı və büdcənin tərtib edilməsi ilə bağlı məsləhətlərini verdi, eləcə də şirkətin strukturunu dəyişən bəzi strateji qərarlar verməyə imkan yaratdı”,- deyə Çekina bildirir.

Nəticədə portalın gəlirləri 20% artdı. “Əminliklə deyə bilərik ki, təkmilləşdirilmiş gəlir əldə etmək bacarığı tədricən redaksiya büdcəsini və işə götürülən jurnalistlərin sayını artırdı”, – deyən Çekina əlavə edir: “Bizim pul qazanmaq bacarığımız müstəqilliyimizi qorumağa kömək edir”.

Lyudmila Çekina gələcəyə inamla baxır, ancaq inkişaf etmək üçün diversifikasiyaya ehtiyac olduğunu anlayır: “Kiçik ölkələrdə məhdud bazarların mövcud olması reklam modelinə əsaslanaraq çalışan kütləvi informasiya vasitələrinin əsas problemidir. Bu səbəbdən biz böyük bazarlara çıxmaq və digər bazarlarda xidmət sahələrində çalışan aparıcı şirkətlərlə media sahəsində əməkdaşlıq etmək ehtimalı ilə yanaşı, məzmuna dair layihələrin hazırlanmasının ən uzaqgörən və səmərəli strategiyalar olduğunu düşünürük

  • Lyudmila Chekina, CEO at TUT.BY, the leading online news portal in Belarus
  • Office of TUT.BY, leading online news portal in Belarus

Ümumdünya Mətbuat Azadlığı Günü yeni məqalələrin işıq üzü görməsi üçün müstəqil medianın dayanıqlı biznes modelinə ehtiyacı olduğunu bir daha xatırladır.

Kütləvi informasiya vasitələrinin idarə edilməsinə dair seminarlarında Veselin Vaçkov iştirakçıların yadına salır ki, kütləvi informasiya vasitəsi çalışdırmaq təkcə məqalə yazmaqdan ibarət deyil. “Dayanıqlıq keyfiyyəti qoruyub saxlamaqdan daha çətindir. Media iqtisadi cəhətdən nə qədər uğurlu olarsa, bizim kimi jurnalistlər bir o qədər azad ola bilərik”.

***

Müəllif: Kosta St. Pavloviç (“BBC”-nin keçmiş əməkdaşı, “Radio France Internationale” radiosunun əməkdaşı və “Cyprus Mail” qəzetinin baş redaktoru)

AÇIQ MEDİA MƏRKƏZİ

AÇIQ Media Mərkəzi bütöv Avropa Qonşuluq regionunda media mütəxəssislərinə dəstək verən və Aİ tərəfindən maliyyələşən layihədir. Qonşuluq ölkələrində 244 fərdi media menecerləri daxil olmaqla, layihənin kütləvi informasiya vasitələrinin idarə olunmasına dair fəaliyyətlərindən ümumilikdə 753 nəfər yararlanmışdır və növbəti mərhələlərdə seçilmiş müstəqil kütləvi informasiya vasitələri üçün daxili idarəetmə ilə bağlı məsləhətlər verilmişdir. Media Mərkəzində istənilən şəxsin iştirak edə biləcəyi və Rus dilində mövcud olan kurs daxil olmaqla, dörd onlayn kurs fəaliyyət göstərir. İndiyə qədər 350 istifadəçi tərəfindən izlənilən kursda 148 nəfər medianın idarə edilməsinə dair kursda iştirak etmişdir.  www.openmediahub.com www.openmediahub.com/e-learning

Avropa Demokratiyaya yardım Fondu

Avropa Demokratiyaya yardım Fondu (EED) Avropa Qonşuluq regionu və onun hüdudlarından kənarda demokratik dəyişiklikdə iştirak edən tərəfləri dəstəkləyən və onlara qrantlar ayıran müstəqil təşkilatdır. Bu təşkilat Aİ-yə üzv ölkələr və qürumların birgə təşəbbüsüdür və fəaliyyət xərclərini qarşılamaq üçün Aİ-dən maliyyə yardımı alır. EED ölçüsündən və rəsmi statusundan asılı olmayaraq, plüralist çoxpartiyalı sistemin lehinə çıxış edən demokratiya yönümlü vətəndaş cəmiyyəti təşkilatları, hərəkatları və fərdi fəal şəxsləri dəstəkləyir. Müstəqil medianın dəstəklənməsi EED-in Aİ Qonşuluq regionundakı əsas fəaliyyət sahələrindən biridir.  www.democracyendowment.eu



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,