Daha yaxşı həyat üçün bir şans: Azərbaycanda fiziki məhdudiyyətli şəxslər üçün ədalətin bərpası
Yanvar 25, 2024

Daha yaxşı həyat üçün bir şans: Azərbaycanda fiziki məhdudiyyətli şəxslər üçün ədalətin bərpası


Rəsmi rəqəmlərə əsasən, Azərbaycanda yarım milyondan artıq fiziki məhdudiyyətli şəxs yaşayır. Lakin həqiqi rəqəmlər daha yüksəkdir. Adətən, əlilliyə görə pensiya almaq hüququna malik insanlar əlillik statusunun ədalətsiz olaraq rədd edilməsi və ya ləğv edilməsi ilə üzləşirlər. İş tapmaq da çətindir. Aİ tərəfindən maliyyələşdirilən və Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığı (OHCHR) tərəfindən həyata keçirilən “Azərbaycanda həssas qrupların insan hüquqlarının müdafiəsi” layihəsi bu sahədə fəaliyyət göstərən “Qanun və İnkişaf” İctimai Birliyinə (HİİB) qrant verib. Cəmi 11 ay ərzində 500-dən artıq aztəminatlı şəxsə pulsuz hüquqi konsultasiya və hüquqi yardım göstərilib və onlara daha yaxşı həyat şansı verilib.

Yenidən yaşamağı öyrənmək

32 yaşlı İntiqam Əkbərov müharibə veteranıdır. Hərbidəki karyerasına 2017-ci ildə döyüş mühəndisi kimi minaları təmizləməklə başlayıb. 2020-ci ilin sentyabr ayında İkinci Qarabağ müharibəsinin başlanması ilə İntiqam Əkbərov qoşunların təhlükəsiz keçidini təmin etmək üçün mina və partlayıcıları təmizləmək məqsədilə ön xəttə göndərilib. 16 noyabrda iki partlayış nəticəsində ağır yaralanıb. Sol ayağını və sağ qolunu itirən İntiqam həm də beyin zədəsi alıb, qulaqları və sağ gözü qismən zərər görüb.

Uzun müddət hərbi hospitallarda müalicə aldıqdan sonra İntiqam evə qayıdıb. “Müharibə bitəndə mən elə bir vəziyyətdə idim ki, ən son düşündüyüm şey əlilliyimə görə pul almaq idi”, – o xatırlayır. “Əlilliyim barədə heç düşünmürdüm. Bunu mənə və digər veteranlara əlillik haqqında qanunu və sosial müavinət hüququmuzun olduğunu izah edən “Qanun və İnkişaf” ictimai birliyinin hüquqşünası Hafiz Həsənov deyib”. 80% hərəkət məhdudiyyəti olan İntiqam birinci dərəcəli əlillik statusu almaq hüququna malik olub. Lakin dövlət idarələri ona yalnız ikinci dərəcəli əlillik statusu veriblər. Vəkil İntiqamın tibbi sənədlərinin qərəzsiz şəkildə qiymətləndirilməsini tələb edib. Nəticədə, bu iş məhkəməyə müraciət olunmadan həll edilib.

Növbəti mərhələdə HİİB İntiqama qanunla haqqı olan sosial mənzil və avtomobil almaq üçün dövlət orqanlarına müraciət etməyə kömək edib. İntiqam bildirir: “Hafiz hansı sənədlərə ehtiyacımız olduğunu, hansı qanuna əsasən müavinət almaq hüququmuzun olduğunu hər bir təfərrüatı ilə izah etdi və dövlət qurumlarına müraciət etmək üçün bizə bələdçilik etdi”. “O, əlil arabalarımızı daşıyaraq bizi bir yerdən digər yerə gedəndə müşayiət edərək qanunla bağlı müzakirələri apara bilmədiyimizi gördükdə bizim əvəzimizdən danışırdı”. Adı çəkilən ictimai birlik İntiqam kimi bir çox veterana əlillik statusunun tanınması, maddi və sosial vəziyyətlərinin yaxşılaşdırılması və tələb olunan müalicənin təmin edilməsində yardım edib.

“Vəkilin köməyi sayəsində normal həyata qayıtmağa nail oldum”, – İntiqam qeyd edir. “Müalicəmi davam etdirə bildim, qolum və ayağım üçün keyfiyyətli protezlər aldım. Pensiyam var və ailəmi dəstəkləyə bilərəm. Həyatımın məhv olduğunu düşünmürəm artıq. İstənilən maneəni dəf etməyə hazıram”.

İşini itirsə də, ümidini heç vaxt itirməyib

55 yaşlı Samirə Əmirova demək olar ki, görmür və gözdən əlildir, ancaq olduqca həssas əlləri var. Samirə sertifikatlı masajçıdır. O, masaj terapiyasında karyera qurmaq istəyən görmə məhdudiyyətli şəxsləri dəstəkləyən dövlət proqramının məzunudur. 2019-cu ilədək Bakı yaxınlığındakı Şağanda yerləşən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində fiziki məhdudiyyətli şəxslər üçün pansionatda çalışıb.

Samirə deyir: “2020-ci ildə pandemiya başlayanda bütün həyatım və karyeram alt-üst oldu”. “Agentlik əvvəlcədən xəbərdarlıq etmədən müqaviləmə xitam verdi və mənə həyatda qalmaq üçün çörək pulundan məhrum etdi. Masaj terapevti işimi sevirdim. Birdən-birə köməksiz və acınacaqlı vəziyyətə düşdüm. İş mənim üçün hər şeydir “,- o, deyir.

O vaxt məsləhətləşdiyi vəkillər onun işdən çıxarılmasından çox vaxt keçdiyi üçün iddianı qazana bilməyəcəyini hesab edirdilər. Amma Samirə ruhdan düşmədi. Mediasiya Mərkəzi (mübahisələrin məcburi, əvvəlcədən həlli mexanizmi) vasitəsilə “Hüquq və İnkişaf” İctimai Birliyi və onun hüquqşünası Hafiz Həsənov haqqında məlumat əldə etdi. O, Samirə xanımın işdən çıxarılmasının qanunsuz olduğunu sübut etdi və 2022-ci ildə məhkəmə onun xeyrinə qərar verdi.

Samirə xatırlayır: “Apellyasiya Məhkəməsinin hakimi keçmiş işəgötürənimin yerli məhkəmənin qərarına appelyasiya şikayəti etdiyini gördükdə dedi: “Ayıb olsun sizə! Əlilliyi olan şəxsi əlində olan bir işindən necə məhrum edə bildiniz?”

Samira recalls: “When the Court of Appeal Judge saw my former employer appeal the decision of the local court, he said: ‘Shame on you! How could you deprive a person with disability of her only job?’”

Uzunmüddətli hüquqi prosedurlardan sonra Agentlik Samirə Əmirovaya yeni müqavilə təklif edib. O, bu dəfə fiziki və ya əqli inkişafında problemlər olan uşaqlar üçün klinika olan Uşaq Reabilitasiya Mərkəzində sosial işçi olaraq çalışmaq təklifi alıb. Bununla belə, Samirə masaj terapevti işinə geri dönəcəyinə ümid edir. Yeni reabilitasiya mərkəzindəki vakansiya açılan kimi ona təklif edilib.

Ən çox ehtiyacı olanlar üçün yardım əli

Samirə və İntiqam Avropa İttifaqının OHCHR vasitəsilə maliyyələşdirdiyi “Fiziki məhdudiyyətli şəxslərin hüquqi müdafiəsinə dəstək” layihəsi çərçivəsində HİİB-dən pulsuz hüquqi dəstək alan 548 nəfərdən yalnız ikisidir. Bu layihənin 95%-i Aİ-nin maliyyə dəstəyi, 5%-i isə OHCHR-in öz töhfələri hesabına maliyyələşdirilib və OHCHR tərəfindən Bakıda həyata keçirilən “Azərbaycanda həssas qrupların insan hüquqlarının müdafiəsi” adlı irimiqyaslı fəaliyyətin bir hissəsidir. 2005-ci ildə fəaliyyətə başlayan HİİB hüquqi maarifləndirmə, hüquqi yardım və məsləhətləşmələr, vətəndaş cəmiyyətinə dəstək və vətəndaş fəallığı ilə bağlı 50-dən çox layihə həyata keçirib, demokratikləşmə prosesinə dəyərli töhfələr verib.

“Hüquqi fəaliyyətimizin üçdə ikisi hüquqi yardım sahəsində olduğu üçün xeyli məlumat toplamışıq”, – hüquqşünas və Assosiasiyanın təsisçi üzvü Hafiz Həsənov deyir. “Təcrübələrimiz göstərir ki, aztəminatlı insanların, xüsusilə də sağlamlıq imkanları məhdud şəxslərin hüquqi yardıma daha çox ehtiyacı var”. Xüsusilə ucqar kənd yerlərində fiziki məhdudiyyətli şəxslər var. Hüquqşünasın sözlərinə görə, bu şəxslərin öz hüquqları və müdafiə mexanizmləri haqqında məlumatı demək olar ki, yoxdur. Onların məhkəmə və ya hökumət idarələrinə getmək üçün imkanları olmadığından hüquqi xidmətlər üçün də yüksək miqdarda pul ödəmək imkanına malik deyillər.

Rəsmi statistikaya əsasən, Azərbaycanda 500 000-ə yaxın əlilliyi olan şəxs yaşayır (2023-cü ilin iyun ayına olan məlumat). Əslində isə bu rəqəm daha yüksəkdir. “Əlillik statusunun ləğv edilməsi halları çoxdur. Təhlillərimizgöstərir ki, çox vaxt əlilliyə görə əmək pensiyası almaq hüququ olan şəxslər ədalətsiz , haqsız və qanunsuz şəkildə rədd edilir və ya müavinətlərinə xitam verilir “, – Həsənov deyir. “Bu layihə bizə belə problemləri həll etmək imkanı verdi”.

Layihə çərçivəsində problemə üçqat yanaşma tətbiq edilib. İlk növbədə fiziki məhdudiyyətli şəxslərə pulsuz hüquqi yardım təmin etmək üçün HİİB Bakıda ofisini açıb. “Biz dörd hədəf rayonu – Bərdə, Ağcabədi, Lənkəran və Quba rayonlarını müəyyən etdik”, – İntiqam Həsənov qeyd edir ki: “Bərdə və Ağcabədi Dağlıq Qarabağ müharibəsi zamanı təmas xəttinə ən yaxın ərazilər idi. Müharibədən zərər çəkmiş əlilliyi olan insanları layihəyə daxil etmək üçün həmin rayonları seçdik. Digər iki rayon – şimalda və cənubda əlilliklə bağlı daha geniş təsəvvür yaratmaq üçün seçilib”.

İctimai birliyin vəkilləri hüquqi yardımla bağlı görüşlər və ayaqüstü məsləhətləşmələr keçirmək üçün dörd rayona səfərlər edir. Bəzi işlər isə həll olunmaq üçün paytaxtda yerləşən ofisə yönləndirilib. Layihə xüsusilə hərəkət qabiliyyəti aşağı olan insanlara onlayn hüquqi konsultasiyalar təqdim etmək üçün “Əngəlsiz həyat” adlı Facebook səhifəsi yaradıb.  

Məlumatlandırmanı artırmaq məqsədi ilə ictimai birlik “Sizin hüquqlarınız” adlı kitabça da nəşr etdirib. Sadə dildə yazılmış bu kitabça inzibati və məhkəmə prosedurları zamanı əlilliyi olan insanların hüquqlarının qorunması ilə bağlı vacib addımları izah edir. “Regionlarda əhalinin aztəminatlı qrupları ilə çalışan QHT-lər var və onların əlilliyə görə müavinətlərlə bağlı son siyasətlər barədə daha çox təlimata ehtiyacı var. Beləliklə, ucqar rayonlarda olan QHT-lərin bu kitabçadakı məlumatlara böyük ehtiyacı olduğunu hiss etdik”, – hüquqşünas deyir.

Nəhayət, layihə çərçivəsində mövcud milli qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı hökumət orqanları və nazirliklərə tövsiyələr paketi hazırlanıb. Bu təkliflər Azərbaycanın BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasının müddəalarını həyata keçirmək öhdəliklərinə uyğun olaraq, yerli qanunvericiliyi beynəlxalq təcrübələrə uyğunlaşdırmaq məqsədi daşıyır. Bu tövsiyələr layihənin hüquqi təcrübəsi zamanı müəyyən edilmiş problemlərə əsaslanır və əsasən əlillik statusunun verilməsi prosedurlarına yenidən baxılması, əlillərin əmək hüquqları və iş imkanları, sosial müdafiə və rifah müavinətləri, eləcə də əlilliyi olan insanların hüquqlarının hüquqi müdafiəsini əhatə edir. Layihə başa çatdıqdan sonra da Assosiasiya hüquqi məsləhətləşmələr aparmağa davam etməklə yanaşı, islahatlar üçün təbliğat işlərini davam etdirir.

“Bir layihədə fərdi halları əvvəldən axıra qədər izləyə bilmək çox yaxşı təcrübə idi”, – İntiqam Həsənov fikrini yekunlaşdırıb: “Layihə bizə regional QHT-lərlə əməkdaşlığı gücləndirmək və bütün səviyyələrdə peşəkar hüquqi yardım təcrübəsinin institusionallaşdırılması üçün zəmin yaratmaq imkanı verdi. Ən sevindirici məqam isə malik olduğumuz yeganə vasitədən – qanunun gücündən istifadə edərək hüquqlarını bərpa edə bildiyimiz insanların gözündə gördüyümüz o məmnunluq idi“.

Müəllif: Volha Prokharava



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,