Azərbaycanda həyata keçirilən 2026-ci il üzrə illik rəy sorğusuna əsasən, Azərbaycan vətəndaşlarının əksəriyyəti (62%) Avropa İttifaqı (Aİ) və Azərbaycan arasında əlaqələrin yaxşı olduğunu düşünür, lakin respondentlərin cəmi 22%-i Aİ haqqında müsbət təsəvvürə malikdir. Onların 42%-i Aİ haqqında neytral və 8%-i mənfi təsəvvürə malikdir.
Ən son sorğu 2026-cı ilin yanvar-fevral aylarında bütöv ölkə ərazisində 1000 nəfərdən ibarət nümunə respondent arasında üz-üzə müsahibələr vasitəsilə həyata keçirilib. Bu rəy sorğuları 2016-cı ildən etibarən hər il Azərbaycanda və digər beş Şərq Tərəfdaşlığı ölkəsində “EUNEIGHBOURS east” proqramı tərəfindən aparılır.
Rəyi soruşulan şəxslər iqtisadi inkişaf (39%), təhsil və mübadilə proqramları (33%) kimi sahələrə daha böyük dəstəyin göstərilməsi onların Aİ-yə qarşı müsbət rəyinin formalaşmasına kömək edəcəyini bildirib.
Respondentlərin altmış üç faizi Aİ-nin maliyyə dəstəyi haqqında məlumatlı olduğu halda (keçən il qeydə alınan 68%-dən azdır), onların cəmi 26%-nin bu dəstəyin yüksək və çox yüksək olduğunu düşünür, 45% isə Aİ-nin dəstəyinin səmərəli olduğunu hesab edir.
Avropa İttifaqına olan etimad 38% təşkil edir ki, bu da Türkiyə (85%), Dünya Bankı (59%) və Çindən (49%) geri qalır.
Sorğu iştirakçılarının demək olar ki, üçdə iki hissəsi (62%-i) Aİ-nin Azərbaycanda təhsilin dəstəklənməsində daha fəal rol oynamasını istədiyini bildirib.
Ümumilikdə, Aİ haqqında məlumatlılıq səviyyəsi hələ də məhdud və qeyri-bərabərdir. Vətəndaşların 18%-i Aİ barədə ümumiyyətlə eşitmədiyini, 20%-i isə heç bir məlumata malik olmadığını qeyd edib. Bunun əvəzində, rəyi soruşulanların yalnız 16%-i özünü Aİ haqqında yaxşı və ya çox yaxşı, 42%-i isə qismən məlumatlı hesab edir.
Daha çox öyrənin
2026-cı il üzrə Azərbaycanda illik rəy sorğusu – məlumat bülleteni
2026-cı il üzrə Azərbaycanda illik rəy sorğusu – ölkə üzrə hesabat





Digər məlumatlandırma səhifələri:
Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?
Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.
Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,