Rəy sorğusu Aİ-nin Azərbaycandakı nüfuzunun artdığını göstərir
Sentyabr 15, 2023

Rəy sorğusu Aİ-nin Azərbaycandakı nüfuzunun artdığını göstərir


2023-cü ildə Azərbaycanda həyata keçirilən illik rəy sorğusunun nəticələrinə əsasən, Azərbaycan vətəndaşlarının əksəriyyəti (61%) Avropa İttifaqı (Aİ) haqqında müsbət fikirdədir. Bu, rəy sorğularının ilk dəfə keçirilməyə başladığı 2016-cı ildən bəri qeydə alınan ən yüksək göstəricidir. Həmin il rəyi soruşulanların cəmi 27%-i Aİ haqqında müsbət fikirdə idi. 2022-ci ildə isə bu göstərici 48% olmuşdur. 

Ən son sorğu 2023-cü ilin fevral ayında bütöv ölkə ərazisində 1 000 nəfərdən ibarət nümunə respondent arasında üz-üzə müsahibələr vasitəsilə həyata keçirilib. Bu rəy sorğuları 2016-cı ildən etibarən hər il Azərbaycanda və digər beş Şərq Qonşuluğu regionu ölkələrində “EU NEIGHBOURS EAST” proqramı tərəfindən aparılır.

Sorğuların ilk dəfə həyata keçirilməyə başladığı 2016-cı il ildə qeydə alınan 71% ilə müqayisədə bu il 80% azərbaycanlı (indiyə qədər qeydə alınmış ən yüksək göstərici) ölkəsinin Aİ ilə yaxşı əlaqələrə malik olduğunu düşünür.

Sorğu göstərir ki, Aİ Azərbaycanda ən çox etibar edilən beynəlxalq qurumdur. 

Getdikcə daha çox Azərbaycan əhalisi Aİ-nin öz ölkəsinə göstərdiyi maliyyə dəstəyi barədə xəbərdardır. Belə ki, keçən il qeydə alınan 30% ilə müqayisədə, 2023-cü ildə 40% respondent Aİ-nin maliyyə dəstəyi haqqında məlumatlı olduğunu bildirib. Respondentlərin ən çox istinad etdiyi Aİ təşəbbüsləri və proqramları arasında Gənc Avropa səfirləri (29%) və Erasmus+ proqramı (25%) olmuşdur.

Sorğuda iştirak edənlərin yarıdan bir qədər çoxu (52%) Aİ-nin Azərbaycanda məşğulluğun dəstəklənməsində daha çox rol oynamasını, 46%-i təhsil sahəsinə, 45%-i isə səhiyyə sektoruna diqqətin artırılmasını istəyir.

Rəyi soruşulan hər iki respondentdən biri Avropa İttifaqının nə olduğunu çox yaxşı və ya kifayət qədər yaxşı bildiyini, 61%-i isə Aİ-nin Azərbaycanda Nümayəndəliyinin olduğunu bildirib.

Daha çox öyrən

2023-cü il üzrə Azərbaycanda illik rəy sorğusu – məlumat bülleteni



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,