Rəy sorğuları Aİ-nin Şərq Tərəfdaşlığı ölkələrində nüfuz və etimadını qoruyub saxladığını göstərir 
Dekabr 2, 2022

Rəy sorğuları Aİ-nin Şərq Tərəfdaşlığı ölkələrində nüfuz və etimadını qoruyub saxladığını göstərir 


Avropa İttifaqı Şərq Qonşuluğu regionunda öz müsbət imicini qoruyub saxlayır. İttifaqın nüfuzu bu regiondakı ölkələrin əksəriyyətində yaxşılaşıb. Avropa İttifaqı BMT, NATO və Avrasiya İqtisadi İttifaqını geridə qoyaraq regionun bütün altı ölkəsində ən etibarlı beynəlxalq təşkilat olaraq qalır. Belarus istisna olmaqla, adı çəkilən ölkələrdə sorğuda iştirak edən vətəndaşların böyük əksəriyyəti ölkələrinin Aİ ilə yaxşı münasibətlərə malik olduğunu düşünür. Bunlar Aİ-nin Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramının (EU NEIGHBOURS east) Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukraynada apardığı 2022-ci il üzrə illik rəy sorğularının nəticələrinin bir qismidir.

Sorğular 2022-ci ilin iyun-iyul aylarında Azərbaycan, Ermənistan, Gürcüstan və Moldovada üz-üzə müsahibələr şəklində, Ukraynada telefon vasitəsilə, Belarusda isə onlayn platforma vasitəsilə həyata keçirilib.

Azərbaycan

Azərbaycanlı respondentlərin təxminən yarısı (48%) Aİ haqqında müsbət fikirə malikdir. Bu, sözügedən rəy sorğularının keçirilməyə başladığı 2016-cı ildən bəri qeydə alınan ən yüksək faiz göstəricisidir. Rəyi soruşulan respondentlərin 76%-i (bu günə qədər qeydə alınan ən yüksək göstərici) Aİ ilə öz ölkəsi arasında yaxşı münasibətlərin olduğunu bildirib. Aİ-nin Azərbaycana dəstəyi haqqında məlumatı olan respondentlərin sayı da olduqca yüksəkdir (41%). Respondentlərin 43%-i isə beynəlxalq təşkilatlar arasında ən çox Aİ-yə etibar edir.

Azərbaycanda keçirilən rəy sorğusu barədə məlumat bülletenini buradan endirin



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,