Kulinariya akademiyası, ekoloji təmiz qida köşkü və onlayn rəqs dərsləri: Aİ-nin maliyyələşdirdiyi layihə qaliblərin adlarını açıqlayıb
İyul 7, 2023

Kulinariya akademiyası, ekoloji təmiz qida köşkü və onlayn rəqs dərsləri: Aİ-nin maliyyələşdirdiyi layihə qaliblərin adlarını açıqlayıb


Avropa İttifaqının (Aİ) maliyyələşdirdiyi və BMT-nin İnkişaf Proqramı (BMTİP) tərəfindən həyata keçirilən “Azərbaycanda innovasiya əsaslı və dayanıqlı vətəndaş cəmiyyətinin inkişafı” layihəsi qrant dəstəyi üçün müraciət edən bir sıra innovativ ideyala sahiblərinin adlarını açıqlayıb.

Bu ideyalara kulinariya akademiyasının yaradılması, ekoloji təmiz qida köşklərinin qurulması, onlayn rəqs dərslərinin keçirilməsi, alış-veriş zamanı ianələrin edilməsi və bir sıra başqa ideyalar daxildir.  

2023-cü ilin aprel ayında 70-dən artıq vətəndaş cəmiyyəti təşkilatının nümayəndəsi və sosial sahibkar İdeyalaşdırma düşərgəsində iştirak ediblər. Onlar düşərgədə qazandıqları biliklərdən istifadə edərək, bu maraqlı ideyaları gəlirli biznesə çevirmək məqsədilə ərsəyə gətiriblər. Müsabiqə nəticəsində seçilmiş 40 ən yaxşı ideya sahibi inkubasiya və akselerasiya mərhələsinə keçərək ideyalarını reallaşdırmaq fürsəti əldə edib.

Daha çox öyrən

Mətbuat üçün açıqlama



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,