Aprelin 9-da Varşavada Avropa Komissiyasının sədri Ursula von der Leyen və Kanadanın Baş naziri Castin Trüdo tərəfindən təşkil edilən “Ukrayna ilə həmrəy olaq” adlı beynəlxalq tədbir keçiriləcək. Bununla da Ukraynalı qaçqınların dəstəklənməsində Polşanın mühüm rolu ön plana çəkiləcək.
Polşa prezidenti Anjey Duda, Avropa Komissiyasının Prezident Ursula von der Leyenlə birgə tədbirdə iştirak edəcək. Kanadanın Baş naziri Castin Trüdonun isə tədbirə məsafədən qatılacağı gözlənilir. Tədbir Ukrayna Prezidenti Vladimir Zelenskinin xahişi ilə Avropa Komissiyası və Kanada hökuməti tərəfindən daha əvvəl başladılan daha geniş sosial media kampaniyasını tamamlayır. Beynəlxalq insan haqları təşkilatı olan “Global Citizen” ilə əməkdaşlıq çərçivəsində keçirilən kampaniyanın məqsədi Ukraynadalı məcburi köçkün və qaçqınların ehtiyaclarını ödəmək üçün vəsait və digər növ ianələr toplamaqdır.
“Ukrayna ilə həmrəy olaq” kampaniyası ukraynalı məcburi köçkünlər və qaçqınlar üçün maliyyə və digər dəstək toplamaq üçün hökumətləri, qurumları, sənətçiləri, şirkətləri və şəxsləri səfərbər etmək məqsədi daşıyır. Bono, Madonna, Elton Con, Mayli Sayrus, Adam Lambert, Selin Dion və Alanis Morisset kimi dünyanın müxtəlif yerindən tanınmış şəxslər artıq kampaniyaya qoşulublar.
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının məlumatına görə, müharibə başlayandan bəri dörd milyondan çox qaçqın Ukraynanı tərk edib. Polşa 2,5 milyondan çox qaçqına sığınacaq verib və Avropanın hər yerindən Ukraynaya dəstək göndərən humanitar mərkəz kimi mühüm rol oynayır.
Daha çox öyrən





Digər məlumatlandırma səhifələri:
Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?
Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.
Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,