Gənc Avropa səfiri olmaq istəyən şəxslərdən rekord sayda ərizə qəbul olunub
Oktyabr 13, 2023

Gənc Avropa səfiri olmaq istəyən şəxslərdən rekord sayda ərizə qəbul olunub


Gənc Avropa səfirləri şəbəkəsinə üzv olmaq məqsədilə elan edilən son ərizə qəbulunda rekord sayda gənc iştirak edib və 2022-ci ildə qəbul olunan ərizə sayından ikiqat çox ərizə qəbul olunub.

8 oktyabr tarixinədək ümumilikdə 2216 nəfər gənc ərizə ilə müraciət edib. Ərizəçilər altı Şərq Tərəfdaşlığı ölkəsindən (Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna), Avropa İttifaqı və Böyük Britaniyadan 16-26 yaş arası gənclər olub.

“EU NEIGHBOURS east” proqramı  hal-hazırda ərizələrə baxış keçirir. Bütün ərizəçilərə müsahibələr daxil olmaqla növbəti mərhələlər haqqında e-poçt vasitəsilə məlumat veriləcək. Seçim prosesi 10 noyabr tarixinədək sona çatacaq.

Gənc Avropa səfirləri (YEAs) təşəbbüsü Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova, Ukrayna və Aİ-yə Üzv Ölkələrdən və Böyük Britaniyadan olan gənclər arasında dostluq münasibətləri quran və onları bir-birləri ilə əlaqələndirən qeyri-siyasi, könüllü və dinamik bir kommunikasiya şəbəkəsidir. Şəbəkənin məqsədi, Aİ-nin Şərq Tərəfdaşlığı ölkələri ilə əməkdaşlığı haqqında məlumatlılığı artırmaq, bu əməkdaşlığın gözəçarpan nəticələrini nümayiş etdirmək, müxtəlif mövzularda siyasi dialoqa töhfə vermək, vətəndaş fəallığını artırmaq və daha yaxşı gələcək üçün birlikdə çalışmaqdır. 

YEAs təşəbbüsü Avropa İttifaqı tərəfindən 2016-cı ildə təsis edilib və bu günə qədər 30-dan artıq ölkədən 1700-dən artıq gənci bu şəbəkəyə cəlb etməyi bacarıb.



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,