EU4Digital Şərqi tərəfdaşlıq ölkələri və Aİ arasında elektron kommersiya sahəsinin uzlaşdırılmasına dair tövsiyələr dərc edib
Aprel 16, 2021

EU4Digital Şərqi tərəfdaşlıq ölkələri və Aİ arasında elektron kommersiya sahəsinin uzlaşdırılmasına dair tövsiyələr dərc edib


EU4Digital Şərqi tərəfdaşlıq ölkələri və Aİ arasında elektron kommersiya sahəsinin uzlaşdırılmasına dair tövsiyələrini dərc edib. Sözügedən tövsiyələr üç sahəni – ekosistem, hüquqi baza və standartlar sahələrini əhatə edir.

Tövsiyələrin məqsədi transsərhəd elektron kommersiya sahəsindəki maneələri aradan qaldırmaq, elektron ticarətin həcmini və məlumatlılığı artırmaq, eləcə də bu ölkələri Aİ-nin 2021-ci ildə elektron kommersiya sahəsində həyata keçirəcəyi dəyişikliklərə hazırlamaqdır.

Bu tövsiyələr sayəsində Şərqi tərəfdaşlıq ölkələrinin səlahiyyətli qurumları tərəfindən zəruri qanunvericiliyə və tənzimləyici bazaya dəyişikliklər edilməklə altı milli fəaliyyət planı hazırlanıb. Eyni zamanda, dövlət və qeyri-hökumət sektorunu təmsil edən maraqlı tərəflər praktik fəaliyyətləri əhatə edən milli iqtisadiyyatın inkişafı planlarına dair tövsiyələr qəbul ediblər.

İrəli sürülən tövsiyələrdən biri virtual anbarın yaradılmasıdır və Şərqi tərəfdaşlıq ölkələri (Ermənistan, Azərbaycan, Gürcüstan) və Aİ (Almaniya) arasında pilot fəaliyyət şəklində həyata keçirilməsi nəzərdə tutulub. Layihə çərçivəsində elektron kommersiya sahəsində maraqlı olan tərəflər yerli malların milli virtual anbarları/məlumat bazaları vasitəsilə satış, gömrük və çatdırılma barədə avtomatik qaydada məlumat mübadiləsi aparacaqlar.

Daha çox öyrən

Mətbuat üçün açıqlama

Hesabat: Azərbaycan



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram B&S Europe-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,