Azərbaycan: Aİ və BMTİP Azərbaycanda sosial sahibkarlığın inkişafı üzrə təlim proqramı həyata keçirib
Mart 10, 2023

Azərbaycan: Aİ və BMTİP Azərbaycanda sosial sahibkarlığın inkişafı üzrə təlim proqramı həyata keçirib


Avropa İttifaqı (Aİ) və BMT-nin İnkişaf Proqramı (BMTİP) Azərbaycanda fəaliyyət göstərən bir sıra sosial sahibkarlar, o cümlədən bu ölkədə sosial sahibkarlığa başlamaq istəyən vətəndaş cəmiyyəti təşkilatları (VCT) üçün biznesin inkişafı üzrə beşgünlük intensiv proqram həyata keçirib. Proqram Ağdam, Bakı, Gəncə, Lənkəran, Neftçala və Şəkidən 30-dan artıq sosial sahibkarı və ictimai fəalı bir araya gətirib.

Proqram iştirakçıları sosial biznes və əlaqədar konsepsiyalar, o cümlədən ideya yaratma, biznesin planlaşdırılması, satış və marketinq, biznesin sosial təsirinin ölçülməsi və hesabatlılıq haqqında bilik və praktiki bacarıqlarını artırmaq fürsəti əldə ediblər. 

Sözügedən təlim proqramının növbəti mərhələsində ideyaların həyata keçirilməsi və inkubasiya proqramı həyata keçiriləcək və təqdim edilən ən uğurlu biznes planlarına maliyyə dəstəyi ayrılacaq.

Təlim proqramı, Aİ-nin maliyyələşdirdiyi və BMTİP-nin həyata keçirdiyi “Azərbaycanda innovasiya əsaslı və dayanıqlı vətəndaş cəmiyyətinin inkişafı” layihəsi tərəfindən həyata keçirilir.

Daha çox öyrən

Mətbuat üçün açıqlama



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,