Azərbaycan: Aİ 1990-cı il Qara Yanvar faciəsinin qurbanlarının xatirəsini yad edib
Yanvar 23, 2024

Azərbaycan: Aİ 1990-cı il Qara Yanvar faciəsinin qurbanlarının xatirəsini yad edib


Yanvarın 20-də Avropa İttifaqının Azərbaycandakı səfiri Petr Mixalko Aİ-yə üzv dövlətlərin səfirləri ilə birgə Şəhidlər Xiyabanına gül dəstələri düzərək 1990-cı ildə baş verən Qara Yanvar faciəsi qurbanlarının xatirəsini yad ediblər. 

Qara Yanvar faciəsi 1990-cı il yanvarın 19-da və 20-də Bakının mülki əhalisinə qarşı qəddar repressiya aktı olub. Müstəqilliyə can atan hərəkatın Azərbaycanda Sovet hakimiyyətinə son qoyulmasına yönəlmiş cəhdlərinə cavab olaraq o vaxtkı Sovet hökuməti rəhbərliyi etirazçılara qarşı qoşunun yeridilməsinə əmr verib. Azərbaycanın rəsmi hesablamalarına görə, azı 147 mülki vətəndaş həlak olub, 800 vətəndaş yaralanıb, beş nəfər isə itkin düşüb.  

“Bu faciəli hadisələrin qurbanlarının ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm.  Aİ sülhsevər, sabit və firavan dünyanı dəstəkləyir”, – Aİ-nin Azərbaycandakı səfiri Petr Mixalko bildirib.

Daha çox öyrən

Mətbuat üçün açıqlama



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,