AYİB Natali Muravidzeni Azərbaycandakı ofisinin rəhbəri təyin edib 
İyul 14, 2023

AYİB Natali Muravidzeni Azərbaycandakı ofisinin rəhbəri təyin edib 


Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Natali Muravidzeni sözügedən bankın Azərbaycandakı əməliyyatlarına yeni rəhbər olaraq təyin edib. 

O, AYİB-in Bakı ofisində işləyir və artıq öz vəzifəsinin icrasına başlayıb. 

Gürcüstan vətəndaşı olan Natali Muravidze Beynəlxalq Biznes və İqtisadiyyat üzrə Biznesin İdarəedilməsi sahəsində bakalavr (BBA) və Maliyyə üzrə Biznesin İdarə Edilməsi sahəsində magistr (MBA) dərəcəsinə malikdir.

O, bu bankda 2003-cü ildən çalışır. Muravidze direktor müavini və baş bankir, eləcə də bankın Regional İstehsal və Xidmətlər üzrə Əlaqələndiricisi vəzifəsində çalışıb. O, həmçinin Tbilisi ofisini idarə edib.

“Azərbaycan ciddi çətinliklərin öhdəsindən gəlmiş sabit iqtisadiyyatdır”, – Natali Muravidze bildirib. “AYİB-in Bakı komandası ilə birlikdə mən öz enerjimi və təcrübəmi Azərbaycanın iqtisadi bazasını genişləndirmək və qeyri-neft sektorunu gücləndirmək iddiasını dəstəkləmək üçün istifadə edəcəyəm”. 

Daha çox öyrən

Mətbuat üçün açıqlama



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,