AYİB Azərbaycanda ilk kommunal miqyaslı külək elektrik stansiyasının tikintisini maliyyələşdirir
Oktyabr 30, 2023

AYİB Azərbaycanda ilk kommunal miqyaslı külək elektrik stansiyasının tikintisini maliyyələşdirir


Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanın şərqində 240 MVt gücündə külək elektrik stansiyasının tikintisini maliyyələşdirəcək. Bu, ölkədə kommunal miqyaslı ilk külək enerjisi layihəsi və Qafqaz regionunda ən böyük layihə olacaq.

Bu məqsədlə AYİB elektrik enerjisi istehsalı sahəsində beynəlxalq investor olan ACWA Power şirkətinə məxsus “ACWA Power Azerbaijan Renewable Energy” şirkətinə 197,1 milyon ABŞ dolları (186,9 milyon avro) məbləğində sindikatlaşdırılmış kredit verir. Layihə OPEC Beynəlxalq İnkişaf Fondu (OPEC Fondu) ilə birgə maliyyələşdiriləcək.

240 MVt gücündə bərpa olunan külək elektrik stansiyası istismara verildikdən sonra ildə 893 giqavat/saata qədər təmiz elektrik enerjisi istehsal edəcək. Bununla hər il 400 000 tondan çox karbon qazı emissiyalarının azalacağı gözlənilir.

Abşeron və Xızıdakı külək enerjisi layihəsi keçən il Qaradağda kommunal miqyaslı ilk günəş elektrik stansiyasına investisiya qoyuluşundan sonra həyata keçirilir. AYİB ilə Azərbaycan arasında 2022-ci ilin dekabrında imzalanmış anlaşma memorandumunda öz əksini tapmış sərmayələr, eləcə də texniki əməkdaşlıq və siyasət dialoqu vasitəsilə bu bank Azərbaycanın iddialı “yaşıl” enerji üzrə proqramının həyata keçirilməsində mühüm rol oynayır.

Qeyd edək ki, AYİB Qafqaz regionunda mühüm institusional investordur. Bank bu günə kimi Azərbaycanda 188 layihəyə 3,6 milyard avrodan çox sərmayə qoyub və diqqətini ölkə iqtisadiyyatını şaxələndirməyə və “yaşıl” iqlim üzrə hədəflərini dəstəkləməyə yardım edib.

Daha çox öyrən

Mətbuat üçün açıqlama



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,