Avropolun (Europol) beynəlxalq cinayətlərin istintaqı bölməsi “Vaqner” və “Redut” muzdlu qrupların üzvlərinin təqsirləndirildiyi müharibə cinayətlərinin istintaqının ikinci mərhələsində Moldovaya və Ukraynaya dəstək göstərib. Avropol bu məlumatı oktyabrın 31-də açıqlayıb.
İstintaq nəticəsində ümumilikdə Ukraynaya qarşı döyüş əməliyyatlarında iştirak edən Rusiyanın “Vaqner” və “Redut” özəl hərbi şirkətlərinin 654 üzvü müəyyən edilib. Şübhəlilərin siyahısına Ukrayna, Moldova, Qazaxıstan, Özbəkistan, Tacikistan, Türkmənistan, Azərbaycan, Ermənistan, eləcə də Bosniya və Herseqovina vətəndaşları daxildir. Bu şəxslərin cinsi zorakılıq aktları, hərbi əsirlərin və mülki şəxslərin edam edilməsi kimi hərbi cinayətlər törətdikləri ehtimal olunur.
Avropolun Aİ internet müraciət bölməsi də 29 oktyabr tarixində müharibə cinayətlərinin törədilməsində şübhəli bilinən şəxslərə qarşı həyata keçirilən əməliyyata dəstək verib. Bu əməliyyatın nəticəsində:
İstintaq zamanı Ukrayna hökuməti döyüş əməliyyatlarında iştirak etməkdə şübhəli bilinən 280 əcnəbi vətəndaşın adını Avropolun təhlükəsiz kanalları vasitəsilə müvafiq ölkələrə ötürüb. Təhqiqatın başlanğıcından etibarən milli orqanlar tərəfindən muzdluların cəlb edilməsi və təlim yerləri aşkar edilib, komanda strukturları tərtib edilib və mülki şəxslərin edam edilməsi, qadağan olunmuş silahlardan istifadə və Ukrayna şəhərlərinə hücumlar daxil olmaqla, törədilən müharibə cinayətləri sənədləşdirilib. Bu günə qədər “Vaqner” və “Redut” hərbi birləşmələrinə qoşulduqlarına görə 11 Ukrayna vətəndaşına dövlətə xəyanət ittihamı irəli sürülüb.
Avropol məlumat mübadiləsinin asanlaşdırılması və xüsusi analitik dəstək göstərməklə təhqiqata yardımçı olub. Avropol adı çəkilən təhqiqat əməliyyatlarında iştirak edən orqanlar arasında əlaqəni asanlaşdırmaq üçün virtual komanda məntəqəsi yaradıb. Bundan əlavə, əməliyyat məlumatlarının real vaxt rejimində Avropolun məlumat bazaları ilə müqayisəsi, eləcə də OSINT (Açıq mənbəli kəşfiyyat) araşdırmaları vasitəsilə kəşfiyyat məlumatlarının toplanması sürətləndirilib.
Avropol Aİ və onun qonşuluğunda yerləşən ölkələrin təhlükəsizliyini təhdid edən ciddi və mütəşəkkil cinayətkarlıq və cinayət şəbəkələrinin aşkarlanması üçün birgə səyləri dəstəkləyir.
Daha çox öyrənin





Digər məlumatlandırma səhifələri:
Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?
Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.
Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,