Aİ Azərbaycanı Qarabağ ermənilərinin insan hüquqlarını və təhlükəsizliyini təmin etməyə çağırır
Reuters
Oktyabr 26, 2023

Aİ Azərbaycanı Qarabağ ermənilərinin insan hüquqlarını və təhlükəsizliyini təmin etməyə çağırır


Oktyabrın 18-də Avropa Şurası Nazirlər Komitəsinə təqdim etdiyi bəyanatında Avropa İttifaqı (Aİ) Qarabağ ermənilərinin insan hüquqlarının, fundamental azadlıq və təhlükəsizliyinin təmin edilməsinə çağırıb. 

Dağlıq Qarabağ əhalisinin, yəni 100 600 nəfər şəxsin Ermənistanda sığınacaq tapdığını qeyd edən Aİ Azərbaycanı “Qarabağ ermənilərinin insan hüquqlarını, fundamental azadlıq və təhlükəsizliyini, o cümlədən ləyaqətlə, hədə-qorxusuz və ya ayrı-seçkilik olmadan öz evlərində yaşamaq hüquqlarını təmin etməyə, qaçqın və məcburi köçkünlərin tarixinə, mədəniyyət və insan hüquqlarına lazımi səviyyədə hörmətlə yanaşaraq onların könüllü, təhlükəsiz, ləyaqətli və davamlı şəkildə Dağlıq Qarabağa qayıtması üçün şərait yaratmağa” çağırıb.

Bəyanatda Prezident İlham Əliyevin Qarabağ erməniləri ilə sülh şəraitində yaşamaq və onların hüquqlarını qorumaq istəyi ilə bağlı ictimaiyyətə açıqlamaları diqqətə çatdırılıb və əlavə edilib:  “Azərbaycan bu əhalinin taleyi ilə bağlı açıq-aydın məsuliyyət daşıyır. Gözəçarpan, konkret və şəffaf zəmanətlər təmin edilməlidir. Mühüm etimad quruculuğu tədbiri kimi biz bütün Qarabağ erməniləri, o cümlədən onların nümayəndələri üçün hərtərəfli amnistiya və bütün tərəfləri sərt ritorikadan çəkinməyi gözləyirik”.

Aİ bir daha həm Azərbaycanın, həm də Ermənistanın suverenliyi, sərhədlərin toxunulmazlığı və ərazi bütövlüyünə dəstəyini qeyd edərək Azərbaycanı 1991-ci ildə imzalanmış Almatı Bəyannaməsinə uyğun olaraq Ermənistanın ərazi bütövlüyünə hörmət etdiyini birmənalı olaraq təsdiqləməyə çağırıb.

Daha çox öyrən

Mətbuat üçün açıqlama



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,