Martın 30-da Brüsseldə Avropa İttifaqı Ermənistan və Azərbaycanın yüksək vəzifəli rəsmilərinin görüşünü təşkil edib. Görüşdə iki ölkə arasındakı münasibətlərdə bir sıra məsələlərin həlli yollarını tapmaq məqsədilə birgə səylər müzakirə edilib. Ermənistan Respublikası Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev arasındakı görüş Avropa İttifaqının Cənubi Qafqaz üzrə Xüsusi Nümayəndəsi Toivo Klaar tərəfindən təşkil edilib. Görüşdə siyasi və təhlükəsizliyə dair vəziyyət, eləcə də Azərbaycan və Ermənistan arasındakı digər məsələlər müzakirə olunub. Rəsmilər həmçinin Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanın 2022-ci il aprelin 6-da Brüsseldə keçiriləcək görüşünə hazırlıq məsələləri, o cümlədən müzakirələri davam etdirmək və iki ölkə arasında sülh sazişinin perspektivləri ilə bağlı məsələləri həll etmək üçün növbəti həftələrdə yenidən görüşmək barədə razılığa gəliblər.
Daha çox öyrən





Digər məlumatlandırma səhifələri:
Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?
Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.
Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,