Nəhəng ulduzların həyatı: Azərbaycan astronomları Avropa tərəfdaşları ilə birlikdə suallara cavablar axtarır
İyun 22, 2020

Nəhəng ulduzların həyatı: Azərbaycan astronomları Avropa tərəfdaşları ilə birlikdə suallara cavablar axtarır


Azərbaycanda yerləşən və bu il 60-illiyini qeyd edən Şamaxı Astrofizika Rəsədxanasında, əzəmətli ulduzların izlənməsi yönəmində çoxillik təcrübə toplanmışdır.

Kosmik nəhənglər adlandırılan bu ulduzların sehrli qara dəliklərin əjdadları olması isə onlara olan marağı daha da artırır.

Bu gün, orta əsrlərdə yaşayan astronom Nəsirəddin Tusinin adını daşıyan Şamaxı Astrofizika Rəsədxanasına, sözü gedən mövzuya aid toplanmış təcrübəsini beynəlxalq astronomik birliyi ilə bölüşmək imkanı yaranıb. Bu imkanı ona Horizon-2020 Avropa elmi proqramına cəlb edilməsi açmışdır.

Avropa İttifaqının tarixındə tədqiqat və innovasiyalara dair ən iri həcmli və büdcəsi 80 mlrd avro təşkil edən proqramın əsas məqsədi innovativ texnologiyaların, ixtiraların və perspektiv kəşflərin sayının artmasına töhfə verməkdən ibarətdir. Proqram, “Şərq Tərəfdaşlığının” bütün ölkələri, o cümlədən Azərbaycan üçün də açıqdır.

  • Inside Shamakhi Astrophysical Observatory in Azerbaijan
  • Inside Shamakhi Astrophysical Observatory in Azerbaijan
  • Inside Shamakhi Astrophysical Observatory in Azerbaijan

Şamaxı Rəsədxanasının Horizon-2020 ilə əməkdaşlığı ötən ilin yanvar ayından etibarən POEMS layihəsi çərçivəsində həyata keçirilir. İngilis dilində POEMS abreviaturası “Əzəmətli ulduzların fizikası” deməkdir və bu layihə, nəhəng ulduzların spektral təhlilini əhatə edir.

Layihəyə dünyanın 9 ölkəsindən – Çexiya, Estoniya, Almaniya, Böyük Britaniya, Belçika, Çili, Braziliya, Argentina və Azərbaycandakı 10 rəsədxana (Çili iki rəsədxana ilə təmsil olunmaqla) orta hesabla 100 alim-astronom cəlb olunmuşdur. 2022-ci ilə qədər hesablanan bu dörd illik layihənin büdcəsi təxminən 80 min avro təşkil edir.

Nəhəng ulduzlar niyə bu qədər maraq kəsb edir?

“İrihəcmli ulduzların öyrənilməsi çox aktualdır, çünki müasir astrofizikanın qeyri-adi kosmik obyektlərin yaradılması onların təkamülünə bağlıdır ki, bunların içində Wolf-Raye ulduzlarını, neytron ulduzları və qara delikləri göstərmək olar”, – layihənin milli əlaqələndiricisi, Şamaxı Astrofizika Rəsədxanasının əməkdaşı Canməmməd Rüstəmov belə deyir.

“Təkamüllərinin sonunda nəhəng ulduzlar partlayır və partlayışdan sonra ulduzun qalığı yeni bir səma obyektinə çevrilir. Bu yeni cismin, neytron ulduz və ya ağ cırtdan ulduzu halına gəlməsi isə nəhəng ulduzun ilkin kütləsindən asılıdır”, – qeyd edərək, alim davam edir.

  • Dr Janmammad Rustamov inside Shamakhi Astrophysical Observatory in Azerbaijan
  • Dr Janmammad Rustamov
  • Dr Janmammad Rustamov

Canməmməd Rüstəmovun sözlərinə görə, nəhəng ulduzların tədqiqi həm də ona görə vacibdir ki, onların təkamülü və partlayışı nəticəsində ulduzlararası mühitə çoxlu ağır kimyavı elementlər daxil olur, hansılar ki, Qalaktikada davamlı ulduzyaranma prosesi üçün son dərəcədə əhəmiyyətlidir.

“Beləliklə, nəhəng ulduzlar qalaktikaların təkamülündə çox vacib bir rola malikdir. Onu da nəzərə alsaq ki, qalaktikalar Kainatın əsas struktur elementini təşkil edir, bu qənaətə gəlmək olar ki, nəhəng ulduzların əhəmiyyəti bütün Kainatın təkamülü üçün olduqca vacibdir”, – astronomiya elmində 40 illik təcrübəyə malik olan doktor Canməmməd Rüstəmov belə deyir.

Müşahidələr necə aparılır?

Bəs ulduzun spektral təhlilinin mahiyyəti nədən ibarətdir? Axı, məhz bu üsulun sayəsində dünya, uzaq səma cisimlərinin xüsusiyyətlərinə dair biliklərə malikdir – burada söhbət, onların kimyəvi tərkibi, kütləsi, temperaturu, radiusu və bir çox digər xüsusiyyətlərindən gedir. Spektral təhlil elmə ulduzların rəngarəngliyini göstərdi, onların yaranması, təkamülü və məhv olması, ümumiyyətlə, Kosmosun nəhəngliyinin sirrini açdı.

Bakıdan 144 km şimala tərəf yerləşən Şamaxı Astrofizika Rəsədxanasında aparılan müşahidələr əsas cihaz – 2 metrlik teleskop vasitəsiylə aparılır. 2 metr dedikdə, cihazın optik güzgüsü nəzərdə tutulur, hansının ki vasitəsiylə bilavasitə müşahidələr aparılır. Teleskopun borusunun hündürlüyü isə 9 metr təşkil edir.

Almaniyanın istehsalı olan bu teleskop hələ 1960-cı illərdən Rəsədxananın istifadəsindədir. Lakin 2009-cu ildə, bütövlüklə kompleksin yenidənqurma və modernləşdirilmə işləri çərçivəsində teleskopun idarəetmə paneli də təkmilləşdirilmişdir.

Səma cisimlərinin müşahidəsi axşam qaş qaralanda başlayır və sübhə qədər davam edir. Amma müşahidələrin səmərəliliyi təkcə astronomların böyük həvəsindən yox, həm də hava şəraitindən asılıdır. Belə ki, qış aylarında müşahidələr, demək olar ki, heçə enir və astronomlar tam tərkibdə Bakıda, Elmlər Akademiyasında çalışır. 

Təcrübə mübadiləsi

Layihə çərçivəsində aparılan işlərin əsas hissəsi hələ ki qarşıdadır, amma buna baxmayaraq, keçən il ərzində onun iştirakçıları artıq vahid və güclü komandaya birləşərək, təcrübə mübadiləsi və möhkəm əlaqələr qurmağı bacarmışlar. Hal hazırda isə iş, Covıd-19 ilə əlaqədar karantin tədbirlərinə görə müvəqqəti dayandırılıb.

2019-cu ildə POEMS layihəsi çərçivəsində bir sıra elmi səfərlər reallaşdı. İlk səfərlərin biri də, Çexiya astronomu Olqa Maryevanın ötən ilin qışında Azərbaycana oldu. Səfərin əsas məqsədi gənc mütəxəssislər ilə iri həcmli ulduzların, onların fiziki və kimyəvi parametrlərini təyin etmək üçün, modelləşdirməsi mövzusu üzrə işləməkdən ibarət idi.

  • Dr Sabina Mammadova
  • Dr Janmammad Rustamov
  • Model of telescope located in Tartu observatory (Estonia)

“On il əvvəl mən atmosfer modellərinin düzülməsi üzərində işləməyə hələ təzə başlayırdım və o zaman hər şeyi tək başına öyrənmək məcburiyyətindəydim. Məhz buna görə də bu gün, topladığım təcrübə və biliklərimlə bölüşmək istəyirəm ki, gənc astronomların, kod qurmaqdan başlayan və ilk elmi nəticələrin əldə edilməsinə qədər gedən yolları daha asan olsun”, – bu sözləri Olqa Maryeva POEMS-in saytında yazıb.

Layihə çərçivəsində Azərbaycan astronomları da tərəfdaş ölkələrə ezam edilmişdilər. Məsələn, Çexiya Respublikasında yerləşən Ondreyove Rəsədxanasına, Estoniyadakı Tartu Rəsədxanasına. Bakıdan Çexiyaya alim Səbinə Məmmədova səfər etmişdir.

Şamaxı Rəsədxanasında 2005-ci ildən çalışan Səbinə Məmmədova, səfərinin əsas bəhrəsini həmkarları və onunla həmfikir olan insanlarla əməkdaşlıq və canlı ünsiyyətdə görür: “İş üzərində çalışarkən, biz həmişə dünyanın digər ölkələrindən olan alimlərin elmi nəşrlərini izləyirik. Amma jurnalda mətni oxumaq – bir şey, gözlərindən atəş saçılan bir insanın gördüyü iş və əldə etdiyi nəticələri haqqında mühazirəni dinləmək – tam başqa şeydir. Bilirsiniz, bu, adamı ilhamlandırır və həvəsləndirir”.

Səbinə Məmmədova deyir ki, onun üçün həm də başqa ölkələrdən olan astronomların, texnologiya və bir sıra prosesin avtomatlaşdırılması sayəsində gündəlik və çox vaxt monoton iş gedişatını asanlaşdırmaları maraq kəsb edirdi, çünki bu təqdirdə arzu olunan nəticəyə daha tez yaxınlaşmaq mümkün olur.

Çexiyayadan qayıdarkən, Səbinə Məmmədova və onun həmkarları, səfər zamanı təqdim olunan bəzi kompüter proqramlarını gündəlik işlərində tətbiq etdilər.

Eyni zamanda, Azərbaycan astronomu əmindir ki, Şamaxı Rəsədxanası da Avropa həmkarları ilə bölüşmək üçün bir çox məlumata malikdir: “Layihə çərçivəsində ulduzları müşahidə etməyin əsas üsulunu spektral təhlil təşkil etməyinə baxmayaraq, biz onu fotometrik təhlillə zənginləşdiririk, hansı ki, ulduzun şüalanmasını və onun üzərində partlayışın olub-olmamasını görməyə imkan verir. Bu, çox əhəmiyyətli bir faktordur”.

Beynəlxalq elm şəbəkəsi

POEMS layihəsinin əsas məqsədi – tərəfdaş institutların arasında biliklərin birləşdirilməsi və ötürülməsidir və onlar elə seçilmişdirlər ki, ümumi təhqiqatlarda bilik və bacarıqları ilə bir birini zənginləşdirsinlər, – bunu isə, layihənin əlaqələndiricisi, Çexiya Respublikasının Elmlər Akademiyasının Astronomik İnstitutunun əməkdaşı doktor Mixael Kraus deyir.

“Şamaxı Rəsədxanasının əməkdaşları, tədqiqat qrupumuzu nəhəng ulduzlar təhlili sahəsində bilikləri ilə zənginləşdirirlər və bununla da çox qiymətli təcrübə əldə edilir”, – o, sözlərinə davam edərək, Rəsədxananın 2-metrlik teleskopunun da aparılan müşahidələrdə böyük rolunu qeyd edir.

  • Dr Mammadova during her trip to Czechia
  • Dr Rustamov and Dr Mammadova with other scientists
  • Shamakhi Astrophysical Observatory in Azerbaijan in February 2020

Alimin sözlərinə görə, layihə, cəlb olunan tədqiqat institutları arasında elmi əməkdaşlıq şəbəkəsinin yaradılmasına kömək edir və o, layihə başa çatdıqdan sonra da uzun illər ərzində mövcud olacaq. Gənc alimlərin əməkdaşlığa açıq olmaları isə getdikcə həmin şəbəkənin dünyanın yeni ölkələrini əhatə etməsinə səbəb olacaq.

Layihənin Azərbayan üzrə əlaqələndiricisi Canməmməd Rüstəmov da təsdiqləyir ki, astronomiya elmində əməkdaşlığın olmaması mümkünsüzdür: “Tədqiqatları hər zaman xarici tərəfdaşlarımızla birgə aparırıq, axə bizim müşahidələr bilavasitə səmadan asılıdır, o isə həmişə açıq olmur. Beynəlxalq tərəfdaşlıq isə lazımi materialı daha qısa müddət ərzində əldə etməyə imkan verir”.

Layihə 2022-ci ildə sona çatdıqda, Çexiya Respublikasında birgə konfransın keçirilməsi pılanlaşdırılır, hansının ki gedişatında bütün əldə edilən nəticələr elmi birliyə təqdim olunacaqdır. Bununla belə, yekun nəticələr məqalə şəklində beynəlxalq elmi jurnalların birində dərc ediləcək və geniş ictimaiyyət üçün ümumiləşdirilmiş məruzə formatında təqdim olunacaq.

Yenilikləri POEMS layihəsinin veb-səhifəsində izləmək mümkündür.

Yelena Ostapenko

Article published in Russian and Azerbaijani by 1news.az



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,