Kiçik şəhərlərin kreativ inkişafı: Şəmkir Aİ-nin layihəsində öz potensialını göstərib
May 11, 2018

Kiçik şəhərlərin kreativ inkişafı: Şəmkir Aİ-nin layihəsində öz potensialını göstərib


Yalnız paytaxt və iri şəhərlər mədəniyyət və turizm mərkəzi olaraq iqtisadi cəhətdən müstəqil ola bilməzlər. Kiçik şəhərlərin də inkişaf üçün bütün şansları var. Ən başlıcası – əldə olan potensialı görmək və bunu düzgün istifadə etməkdir.

“Şərq Tərəfdaşlığı” ölkələrinin altı regionunda həyata keçirilən və ötən il başa çatan “Kreativ şəhər və regionlar” pilot layihəsi də məhz buna istiqamətlənib.

Layihə Avropa İttifaqı (Aİ) və “Şərq Tərəfdaşlığı”nın “Mədəniyyət və kreativlik” proqramı çərçivəsində British Council-ın təşkilatıçılığı, Aİ-nin maliyyələşdirilməsi ilə həyata keçirilib.

“Bir qayda olaraq, iri şəhərlərə daha çox diqqət ayrılır. Məhz buna görə də bizə elə gəlir ki, kreativlik yalnız oradadır. Lakin regional şəhərlər paytaxtlarda olmayan imkanlara sahib ola bilər”, – kreativ sənaye sahəsi üzrə beynəlxalq ekspert Liya Qilardi bildirib.

Onun qeyd etdiyi kimi, “Kreativ şəhər və regionlar” layihəsi regional şəhərlərin inkişaf strategiyasının effektiv tətbiqinə yönəlib.

Layihədə iştirak üçün “Şərq Tərəfdaşlığı” ölkələrinin altı şəhər və regionu – Azərbaycandan Şəmkir regionu, Gürcüstandan Msxeta-Mtianeti regionu, Ukraynadan Kosov şəhəri, Belorusdan Svetloqorsk şəhəri, Moldovadan Orxey şəhəri və Ermənistandan Sisian şəhəri seçilib.

  • Excavations of the Achaemenid palace of the 5th century BC. on the territory of Shamkir (Photo: AzerTAc)
  • The monument to composer Uzeyir Hajibeyli and poet Ahmed Javad for writing the national anthem. Both are natives of Shamkir District. The monument is located in the Istiglal park in Shamkir centre. (Photo: AzerTAc)

Layihənin saytında qeyd edildiyi kimi, Azərbaycanın şimal-qərbində yerləşən, 210 min sakini olan Şəmkir regionu özündə mədəni inkişafın “gizli” və aşkar aktivlərini ehtiva edir. Şəmkir şəhəri – Kiçik Qafqazın şimal dağətəklərində, paytaxtdan 400 kilometr aralıda 42 min sakini olmaqla Şəmkir regionunun mərkəzində yerləşir.

Region həmçinin tarixi irsi ilə də zəngindir – burada eramızdan əvvəl V əsrə aid Əhəmənilər sarayının qalıqları, XIX əsrin əvvəllərində şəhər Annenfeld adlandırılan zaman alman məskənlərinə aid mədəni irs də qorunub saxlanılıb. Eləcə də burada aşıq yaradıcılığı (poeziya ilə vokal-instrumental musiqinin vəhdəti) musiqi ənənələri də məşhurdur.

Bununla yanaşı, regionda gənclər üçün müasir tədris mərkəzləri, şahmat məktəbləri də fəaliyyət göstərir. Hətta burada hər il beynəlxalq şahmat turnirləri, “Nə? Harada? Necə?” oyunu da keçirilir.

  • Photo-exhibition within the framework of the project Creative Cities and Regions, Heydar Aliyev Centку, Shamkir, October 2017
  • Art exhibition in Zeki centre, Shamkir, June 2016

Layihənin milli məsləhətçisi Cahangir Səlimxanovun sözlərinə görə, dünya tendensiyası “mədəniyyət” anlayışını ikinci dərəcəli sahədən ictimai həyatın, ümumilikdə şəhər, region, ölkənin inkişafını, eləcə də investisiyalar tələb edən aparıcı sahəyə çevirir.

Maddi-mədəni irs məsələləri üzrə mütəxxəsis Cahangir Səlimxanovun vəzifəsinə Şəmkir regionunun mədəni-kreativ potensialının qiymətləndirilməsi, ümumi anlamda bu potensialın effektiv istifadəsi üçün tövsiyə təklifləri daxildir.

2017-ci ilin noyabrında ekspertin təqdim etdiyi hesabatda ümumi xarakterli tövsiyələrlə yanaşı, 14 konkret layihə də sadalanıb. Müəllifin fikrincə bu layihələr Şəmkirin ziyarətçilər üçün cəlbedici məkana çevrilməsinə, uzunmüddətli perspektivdə isə dövlət subsidiyalarından payının azalmasına, müstəqil və özünümaliyyələşdirən layihələrə yer ayırmasına kömək olacaq.

14 təklifdən hər biri Şəmkirin və ümumilikdə Şəmkir regionunun mədəni xüsusiyyətlərinə söykənir. Nümunə üçün, XIX əsrə aid alman məskənlərinin istifadəsi bu cür təklif olunur: alman mühacirlər tərəfindən Şəmkirdə tikilmiş evlər, qədim lüteran kilsəsi mədəniyyətlərarası mübadilə üçün məkan ola bilər. Almaniyadan olan könüllər burada müəyyən müddət yaşayaraq alman köçkünlərin tarixini tədqiq edə, peşəkar bilik və bacarıqları hesabına şəhər həyatına fəal qoşula bilərlər.

Ekspert təklif edir ki, fəaliyyət göstərən lüteran kilsəsində hər il kamera musiqisi festivalı təşkil edilsin, eləcə də buraya alman faktoru da cəlb olunsun. Nümunə üçün, festivalda iştirak üçün Almaniyanın musiqi tədris müəssisələrindən pedaqoq və tələbələr dəvət olunsun. Müəllifin fikrincə, şəhərdə Almaniyadan olan mütəxxəsislərin iştirakı ilə tipik alman un məmulatları da açmaq olar.

Digər təşəbbüs isə arxeoloji qazıntıların köməyilə Şəmkir regionunun daha qədim tarixi dövrünə aiddir. Lakin Cahangir Səlimxanovun fikrincə, kreativ yanaşılarsa qazıntılar meydanı gənclərin tədrisi və turuzmin inkişafı kimi də istifadə oluna bilər. Daha çox o, mədəni irs obyektləri yaxınlığında teatr və musiqi tamaşalarının təşkilini təklif edir.

“Əminəm ki, ən kiçik və ilk baxışdan maraqsız şəhərcikdə belə qeyri-standart yanaşılarsa, spesifik, maraqlı və ətrafdan diqqətçəkən nəsə tapmaq olar. Başlıcası – insanları cəlb etməkdir. Sinerji yaratmaq, resursları birləşdirməkdir”, – deyə o, qeyd edib.

  • German Lutheran church in Shamkir town centre
  • Concert in German Lutheran church in Shamkir town centre , June 2016
  • Concert in German Lutheran church in Shamkir town centre , June 2016

Təklif olunan kreativ layihələr arasında öz təcəssümünü tapanlardan biri də Azərbaycanın kulinariyası və musiqi ənənələrinin birləşməsindən qeyri-adi aşıq çayxanası olub. Bu, Azərbaycanın qərb hissəsinin, eləcə də Şəmkir regionunun Azərbaycan xalqının maddi-mədəni irsi – aşıq yaradıcılığının məskəni olmasından irəli gəlir. Çay içmə ənənəsi Azərbaycanın bütün regionlarına məxsusdur.

Mədəniyyət Nazirliyinin Şəmkir regional idarənin rəhbəri Ocat Əsədullayevin sözlərinə görə, aşıq çayxanası istər yerli sakinlər, istərsə də şəhərin qonaqları arasında daha çox maraq yaradacaq. Burada aşıqlar müəyyən günlər və müəyyən saatlarda çıxış edir. Təşəbbüs özünü maddi nöqteyi-nəzərdən də doğruldur.

Şəhər və regionun mədəni-kreativ layihəsi üzrə yekun hesabat tövsiyələrini dəstəkləyən idarə rəhbəri qeyd edib ki, yayda torpaq quruyan zaman Şəmkirdə qazıntılar aparılan yerdə xüsusi işıq effektləri hesabına teatr tamaşaları təşkil etmək planlaşdırılır. Onun fikrincə, mədəniyyətə bu cür müasir və yaradıcı yanaşma böyük perspektivlərə malikdir.

“Dünya tendensyası insanların kreativlik axtarmasını bildirir. Bütün dünyada arxeoloji qazıntılar aparılır və hər bir ölkənin öz muzeyləri var. Bununla heç kəsi təəccübləndirmək olmur. Buna görə də özünü müasir və yaradıcı təqdim edən hər bir şəhər digərlərindən fərqlənməli və yadda qalmalıdır”, – Ocat Əsədullayev bildirib.

  • The ashug tea house, Shamkir
  • The ashug tea house, Shamkir

Cahangir Səlimxanovun hesabatında tövsiyə olunan ideylardan biri də şəhərdə müntəzəm olaraq foto festivalları keçirmək, maarifləndirici tele layihələr təşkil etmək, peşəkarların rəhbərliyi ilə gənclərin şəhərin divarlarını kreativ qraffiti ilə bəzəməyə imkan vermək, yaxın zamanlarda şəhərdə açılmış xalçaçılıq fabrikinə yaradıcı insanları cəlb etmək və bir çox şeylər daxildir.

Mədəni və kreativ sənaye dünya ümumi daxili məhsulunun 4,5%-ni təşkil edərək, hər il 10% artım proqnozlaşdırır. Bu sahələr istehsalat və xidmət sferasında daha çox inkişaf edir.

Avropa İttifaqında bu sektor iş verənlər üzrə böyüklüyünə görə üçüncü olmaqla, vətəndaşlara 8,3 milyon iş yerləri təqdim edir və 558 milyard avro həcmində gəlir gətirir.

Bu rəqəmlər “Mədəniyyət və kreativlik” layihəsinin saytında öz əksini tapıb. Həmçinin burada mədəniyyət və kreativ sənaye digər sahələrdən daha çox gənclər üçün geniş iş yerləri təmin edərək, sahibkarlıq və innovasiyaları dəstəkləyir, sərmayə və turizmi stimullaşdırır.

İncəsənət və mədəniyyət cəmiyyətin birləşməsini, vətəndaşların ictimai həyatının stimullaşdırılmasını, nəsildən-nəsilə biliklərin ötürülməsini təmin edir və xoşbəxtliyin əsas hissəsidir. Mədəniyyət inklüziv inkişafın mənbəyi və yeni iş yerlərinin açılışıdır. Son illər iqtisadi qeyri-müəyyənliyə baxmayaraq, kreativ məhsullarla qlobal ticarət artmaqda davam edir.

  • Excavations of the Achaemenid palace of the 5th century BC. on the territory of Shamkir (Photo: AzerTAc)
  • Excavations of the Achaemenid palace of the 5th century BC. on the territory of Shamkir (Photo: AzerTAc)

2018-ci il Avropa İttifaqı tərəfindən “Mədəni irs ili” adlandırılıb. İl ərzində mədəni irsin qorunmasına yönəlmiş çoxsaylı tədbirlər keçiriləcək, maarifləndirici kampaniyalar təşkil ediləcək.

Avropa İttifaqında mədəni irsin bütün bəşəriyyət üçün universal dəyər olduğundan əmindirlər. Buna görə də mədəni irsin qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsi vacib məqamdır. Mədəni irs mədəni müxtəlifliyin vacib hissəsidir ki, bunu qorumaq lazımdır. Bununla yanaşı, mütəxxəsislər hesab edir ki, mədəni irs yalnız keçmişlə bağlı deyil. Mədəni irs indiki nəslin qarşılıqlı fəaliyyəti hesabına inkişaf edir.

Layihənin Estoniyadan olan məsləhətçisi Raqnar Siilin hesab etdiyinə görə, layihə yalnız mədəniyyətdə cəmləşməyərək, kreativ sənayenin təşkil edilməsi, yeni iş yerlərinin yaradılması, innovativ biznes modellər, turizmin inkişafı yerli və regional inkişaf üçün aparıcı qüvvə olması vacib aspektdir.

“Mədəniyyət və kretivlik sahəsinə investisiya yatırmaqla, iqtisadi inkişafa investisiya yatırırsınız. Məhz buna görə də Aİ “Şərq Tərəfdaşlığı” tərəfdaş-ölkələrini bu istiqamətə təşviq edir”, – Raqnar Siil deyib.

  • World chess champion Magnus Carlsen (Norway) at the international championship in Shamkir (Photo: AzerTAc)
  • A final seminar on the Creative Cities and Regions project, Shamkir, October, 2017
  • Celebrating Europe day in Shamkir in June, 2016

Layihənin altı iştirakçı-ölkələrdə həyata keçirilməsini əlaqələndirən ekspert qeyd edib ki, layihənin aparıcı vəzifəsi Şəmkirdə və ya digər beş şəhərdə inkişaf deyildi.

“Qarşımızda öz inkişafında mədəni və kreativlik üsulunun tətbiq etmək istəyən “Şərq Tərəfdaşlığı” regionunun istənilən kiçik şəhərində tətbiqi ilə bağlı metodologiyanın hazırlanması dayanırdı”, – deyə Raqnar Siil bildirib.

Artıq bu imkanlar “Kreativ region və şəhərlər” layihəsi nəticəsində metodologiyası, rəhbərliyi, mütəxxəsisləri, həmçinin mədəniyyət sahəsində liderlər arasında gənc fəalları olan Azərbaycanda da var.

“Layihə tamamlandı, lakin onun bütün nəticələri Azərbaycanın istifadəsində qaldı. İstək yaranarsa, bütün bu resurslar ölkənin istənilən kiçik şəhər və regionunun inkişafının dəstəklənməsi üçün istifadə oluna bilər”, – Raqnar Siil deyib.

Müəllif: Yelena Ostapenko 



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,