“Ukrayna ilə həmrəy olaq”: AİB Ukraynadan olan qaçqınlar üçün əlavə 4 milyard avro maliyyə yardımı ayırıb
Aprel 12, 2022

“Ukrayna ilə həmrəy olaq”: AİB Ukraynadan olan qaçqınlar üçün əlavə 4 milyard avro maliyyə yardımı ayırıb


Avropa İttifaqının Bankı olan Avropa İnvestisiya Bankı (AİB) Aİ-yə üzv ölkələrin şəhər və rayonlarının investisiya ehtiyaclarının ödənilməsi və Ukraynalı qaçqınların qəbulu və inteqrasiyası ilə bağlı problemlərin həll edilməsi məqsədilə 2022 və 2023-cü illər üzrə 4 milyard avro büdcəyə malik yeni proqramın icrasına başlayıb. Bank bu qərarını şənbə günü Varşavada “Ukrayna ilə həmrəy olaq” adı altında keçirilən və Ukraynadan olan qaçqın və məcburi köçkünlər üçün ianə toplama tədbirində açıqlayıb. Tədbir Avropa Komissiyası, Kanada hökuməti və “Global Citizen” beynəlxalq vətəndaş cəmiyyəti tərəfindən birgə təşkil olunub. 

AİB-in İdarə Heyəti tərəfindən təsdiqlənəcək yeni proqram çərçivəsində qaçqınlar üçün ictimai xidmətlərin göstərilməsi, o cümlədən mənzil, məktəb, xəstəxana və uşaq bağçası kimi mühüm sosial infrastrukturun yaradılmasını maliyyələşdirmək nəzərdə tutulub. Maliyyə dəstəyi ilə yanaşı, qaçqınlara məsləhət xidməti də göstəriləcək, o cümlədən yerlərdə ehtiyacların tez bir zamanda qiymətləndirilməsi və müvafiq investisiyaların planlaşdırılması, prioritetləşdirilməsi və hazırlanması üçün Aİ-yə üzv dövlətlərdə yerli hökumət orqanları pulsuz texniki yardımla təmin ediləcək. 

2022-ci il martın 4-də AİB İdarə Heyəti bankın Ukrayna üçün Həmrəylik Paketini təsdiq edib və bank tərəfindən Ukrayna hökuməti üçün 668 milyon avro məbləğində təcili maliyyə yardımı ayrılıb. Bundan əlavə, AİB Ukrayna hökumətinin ölkəni tərk etməyən vətəndaşlara mühüm dövlət xidmətləri göstərməyə davam edə bilməsi üçün əlavə maliyyə yardımı ayırmaq istiqamətində çalışır. Bu vəsaitlər nəqliyyat, enerji, şəhər və rəqəmsal texnologiyalar üzrə layihələri dəstəkləmək üçün nəzərdə tutulub və Avropa Komissiyası ilə əməkdaşlıq çərçivəsində hazırlanan Ukrayna üçün Həmrəylik Paketinin bir hissəsidir.

AİB həmçinin Avropa Komissiyası ilə birlikdə, xüsusilə bu yaxınlarda icra olunmağa başlamış “InvestEU” proqramının sosial sərmayə və bacarıqlar pəncərəsi vasitəsilə Ukraynaya və ukraynalı qaçqınlara dəstək imkanlarını araşdırmağı planlaşdırır. Bankın Prezidenti Verner Hoyer bildirib: “Ukrayna və onun xalqının üzləşdiyi dəhşətli itkilər hamımızı sarsıdıb, milyonlarla insan sülh və təhlükəsizlik axtarışında öz ölkələrini tərk edir. Şahidi olduğumuz dəhşət hərəkətə keçmək əzmimizi gücləndirir. Ukrayna üçün ilkin Həmrəylik Paketimiz və Aİ-yə üzv ölkələr üçün nəzərdə tutulmuş bu yeni 4 milyard avro büdcəyə malik proqramla biz Ukraynanı dəstəkləyəcəyik və qaçqınların son dərəcə vacib sosial obyektlər – mənzil, məktəb və xəstəxana ilə təmin edilməsində qaçqınları qəbul edən icmalara kömək edəcəyik”.

Daha çox öyrən

Mətbuat üçün açıqlama



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,