Azərbaycanda peşə təhsili üzrə ilk onlayn qiymətləndirmə platforması təqdim edilib
Avqust 4, 2022

Azərbaycanda peşə təhsili üzrə ilk onlayn qiymətləndirmə platforması təqdim edilib


Avropa İttifaqının (Aİ) maliyyələşdirdiyi “Gələcək üçün peşə təhsili və təlimi” layihəsi çərçivəsində Azərbaycanda peşə təhsili və təlimi sahəsində ilk dəfə olaraq elektron qiymətləndirmə aləti yaradılıb. “Elektron qiymətləndirmə aləti” peşə təhsili pilləsi üzrə təhsil alan tələbələrin biliklərinin onlayn qaydada qiymətləndirilməsi prosesini yerinə yetirir. 

Sözügedən platforma inklüziv tədrisə dəstək və peşə təhsilində innovativ yanaşmaların tətbiqi fəaliyyətləri çərçivəsində hazırlanıb.

Qiymətləndirmə platforması ilə internetə çıxışı olan istənilən müvafiq mühitdə imtahanların təşkil edilməsi mümkündür və qiymətləndirməni başa vuran namizəd öz nəticəsini dərhal ekranda görə bilir.

Qiymətləndirmə prosesi ilk dəfə pilot olaraq Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi və Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “aşpaz” ixtisası üzrə tədris alan tələbələr üçün təşkil edilib. İmtahanda sağlamlıq imkanları məhdud şəxslər olmaqla, ümumilikdə 31 nəfər iştirak edib. 

Bu platforma PTDA-ya tələbələrin iştirakı, tərəqqisi, uğurlu nəticəsi və ya kəsiri, habelə ümumi performans çətinlikləri haqqında məlumatı hesabat formasında əldə etməyə imkan yaradacaq. 

Daha çox öyrən

Mətbuat üçün açıqlama 



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,