Aİ-nin Mariya Skladovskaya-Küri proqramı çərçivəsində postdoktorantlara təqaüdlərin verilməsi üçün 417 milyard avro ayrılıb
Aprel 26, 2024

Aİ-nin Mariya Skladovskaya-Küri proqramı çərçivəsində postdoktorantlara təqaüdlərin verilməsi üçün 417 milyard avro ayrılıb


Mariya Skladovskaya-Küri proqramı çərçivəsində postdoktorantlar üçün 2024-cü il üzrə ayrılan təqaüdlərlə bağlı müraciətlərin qəbuluna başlanıb.

Büdcəsi 417 milyon avro olan qrantlar elmlər doktoru dərəcəsinə malik tədqiqatçıların yaradıcılıq və innovasiya potensialının artırılmasına yönəlib. 

Euratom tədqiqatları (Şərq Tərəfdaşlığı ölkələri arasında yalnız Ukrayna üçün) daxil olmaqla istənilən elm sahəsində müraciətlər qəbul olunur. 

Postdoktorantura təqaüdlərinin iki növü var:

  1. Avropa postdoktorantura təqaüdləri. Bu təqaüdlər tədqiqat karyerasını davam etdirmək üçün Avropa daxilində yerdəyişmə edən və ya dünyanın başqa yerindən Avropaya gələn tədqiqatçılar üçün nəzərdə tutulub. Bunlar Aİ-yə üzv ölkədə və ya “Horizon Europe” proqramına qoşulmuş ölkədə (Ermənistan, Gürcüstan, Moldova və Ukrayna daxil) keçirilir və bir ildən iki ilə qədər davam edə bilər. İstənilən milliyyətə mənsub şəxslər müraciət edə bilər.
  2. Qlobal postdoktorantura təqaüdləri. Bu təqaüdlər tədqiqatçıların Avropadan kənarda yerdəyişməsini maliyyələşdirir. Təqaüd iki ildən üç ilə qədər davam edir və bunun ilk bir-iki ili proqrama qoşulmayan üçüncü ölkədə keçirilir. Ardınca Aİ-yə üzv ölkələrdən birində və ya “Horizon Europe” proqramına qoşulmuş ölkədə yerləşən təşkilatda məcburi bir illik geri qayıtma mərhələsi başlayır. Yalnız Aİ-yə üzv ölkələrin və ya “Horizon Europe” proqramına qoşulmuş ölkələrin (Ermənistan, Gürcüstan, Moldova və Ukrayna daxil) vətəndaşları və ya uzunmüddətli rezidentləri müraciət edə bilər.

Təqaüdün hər iki növündə təqaüd proqramı dövründə (Qlobal təqaüdün geri qayıtma mərhələsi istisna olmaqla) dünyanın istənilən yerində qısamüddətli ezamiyyətlər ola bilər.

Akademik və qeyri-akademik sektorlar arasında əlaqələr qurmaq məqsədilə tədqiqatçılar Aİ-yə üzv dövlətdə və ya “Horizon Europe” proqramına qoşulmuş ölkədə yerləşən qeyri-akademik təşkilatda altı aya qədər təcrübə keçmək üçün əlavə dəstək ala bilərlər. Bu yerləşdirmə onların təqaüd proqramının sonunda baş verməlidir.

“Genişlənən ölkədə” (Ermənistan, Gürcüstan, Moldova və Ukrayna daxil) qəbuledən təşkilatla standart Avropa təqaüdü üçün müraciət edən tədqiqatçılar ERA Təqaüd Proqramında iştirak üçün müraciət edə bilərlər. 50-ə yaxın ERA təqaüdü büdcə məhdudiyyətlərinə görə Mariya Skladovskaya-Küri postdoktorant təqaüd proqramı üçün seçilməyən ən yaxşı namizədlərə veriləcək.

Aİ tədqiqatçıları mənzil və yerdəyişmə üçün müavinətlər və müvafiq hallarda ailə, uzunmüddətli məzuniyyət və xüsusi ehtiyaclar üçün müavinətlər şəklində dəstək verir. Bundan əlavə, tədqiqat, təlim və şəbəkə fəaliyyəti, idarəetmə və digər xərclər üçün maliyyə təmin edilir.

Müraciətlərin qəbulu 11 sentyabr 2024-cü il tarixinədək davam edəcək. 1 400-dən çox layihənin maliyyələşdirilməsi gözlənilir.

Daha çox öyrən

Mətbuat üçün açıqlama

Postdoktorant təqaüdlər

BAĞLANIŞ TARİXİ:

Sentyabr 11, 2024

İMKANIN NÖVÜ



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,