Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Proqramı 2026-cı il üzrə Vətəndaş Texnologiyaları Hakatonuna müraciətlərin qəbuluna başlayıb. Sayca yeddinci olan bu tədbir texnologiyalar və texnoloji həllər ilə maraqlanan vətəndaşlara Şərq Tərəfdaşlığı regionu üçün rəqəmsal həllər hazırlamağa və onları istifadəyə verməyə kömək edir.
Bu il Şərq Tərəfdaşlığı ölkələrindən (Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna) təxminən 15 fəal vətəndaş cəmiyyəti komandası və Aİ ölkələrindən olan İT mütəxəssisləri regionun dörd əsas sosial probleminin həlli üzərində çalışacaqlar:
Hakaton zamanı hazırlanmış ən perspektivli layihələr Şərq Tərəfdaşlığı Vətəndaş Texnologiyaları Mükafatına namizəd kimi təqdim olunacaq. Mükafat qalib gələn layihənin inkişafı və reallaşması üçün Aİ-nin maliyyə və mütəxəssis dəstəyini təmin edir.
Qaliblər üçün nəzərdə tutulan maliyyə dəstəyinin orta məbləği 10 000 avro təşkil edir. Müstəsna hallarda bu məbləğ 12 000 avroya qədər artırıla bilər.
Hakaton 17–19 aprel 2026-cı il tarixlərində Kişinyov şəhərində keçiriləcək. Ondan əvvəl isə (mart–aprel aylarında) seçilmiş komandalar üçün intensiv onlayn inkubasiya proqramı təşkil olunacaq.
Hakatonda Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna vətəndaşları iştirak edə bilərlər. Aİ-yə üzv dövlətlərin texniki ekspertləri hakatonda iştirak edən komandalara üzv kimi qoşula bilərlər.
Müraciətlər yalnız konkret texnoloji həll ideyası və onun prototipini hazırlamaq üçün minimum texniki bacarıqları olan komandalardan qəbul edilir. Bu dəfə fərdi müraciətlər qəbul edilməyəcək.
Hakatonda iştirak ödənişsizdir. Seçilmiş komandaların Kişinyova gediş-dönüş, mehmanxanada gecələmə və oflayn hakaton zamanı qidalanma xərcləri Avropa İttifaqı tərəfindən qarşılanır.
Müraciətlərin təqdim olunması üçün son tarix 2 martdır.
Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Proqramı Aİ tərəfindən maliyyələşdirilən layihədir və altı Şərq Tərəfdaşlığı vətəndaş cəmiyyəti təşkilatlarının və fəalların rol və potensialının artırılması üçün bu altı ölkə ilə əməkdaşlıq edir.
Daha çox öyrənin





Digər məlumatlandırma səhifələri:
Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?
Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.
Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,