Kütləvi informasiya vasitələrinin idarə edilməsi, məzmun istehsalı və Avropa İttifaqı üzrə pulsuz onlayn kurslar
Sentyabr 22, 2021

Kütləvi informasiya vasitələrinin idarə edilməsi, məzmun istehsalı və Avropa İttifaqı üzrə pulsuz onlayn kurslar


“OPEN Media Hub” onlayn təlim kursları Avropa Qonşuluğu ölkələrində jurnalistlərə, redaktorlara, media mütəxəssislərinə və menecerlərə göstərdiyimiz dəstəyin bir hissəsidir.

Bu kurs, OPEN Media Hub seminarından (kütləvi informasiya vasitələrinin idarə edilməsi və istehsal üzrə) bir və ya bir neçəsində iştirak edən media mütəxəssisləri üçün peşə bacarıqlarını nəzərdən keçirmək və inkişaf etdirmək imkanı verir.

Qalan hər kəs-jurnalistlər, media mütəxəssisləri, jurnalistika tələbələri və peşəkar jurnalistika ilə maraqlanan digər istifadəçilər üçün bu kurslar kütləvi informasiya vasitələrinin idarə edilməsi və jurnalistika üzrə dünyanın ən yaxşı nümunələrini öyrənmək imkanı yaradır.

Kurslar aşağıdakı qruplara bölünür:

Kütləvi informasiya vasitələrinin idarə edilməsi üzrə kurslar

Məzmun istehsalı üzrə kurslar

Aİ mövzusunda kurslar

Bütün kurslar sərbəst qrafikli və ödənişsizdir.

BAĞLANIŞ TARİXİ:

Dekabr 31, 2021

İMKANIN NÖVÜ



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,