Avropa Komissiyası Azərbaycan, Ermənistan və Gürcüstanın dövlət və özəl sektorlarından olan tədqiqatçıları və novatorları layihə təkliflərinin yazılması üzrə üçgünlük düşərgədə, eləcə də fərdi ekspert məsləhətləşmələrində iştirak etməyə dəvət edir.
Layihə təkliflərinin yazılmasına həsr olunan düşərgə “Horizon Europe” proqramı qarşıdan gələn layihə təkliflərinin qəbulunda iştirak etmək və yüksək keyfiyyətli layihə təklifləri yazmağı öyrənmək istəyən tədqiqatçılar və novatorlar üçün nəzərdə tutulub. Tədbirdə konkret layihə təklifləri ilə bağlı ekspert məsləhətləri veriləcək.
Bundan əlavə, Milli Əlaqə Mərkəzləri (NCPs) üçün yarım günlük təlim keçiriləcək.
Bütün təlim formatları fevralın 6-dan 10-dək Azərbaycanın paytaxtı Bakıda keçiriləcək. Maraqlanan tədqiqatçılar və novatorlar, eləcə də Azərbaycanda fəaliyyət göstərən milli əlaqə mərkəzləri qeydiyyat formasını dolduraraq qeydiyyatdan keçməyə dəvət olunur.
Daha çox öyrən
Qeydiyyat





Digər məlumatlandırma səhifələri:
Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?
Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.
Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,