EU4Digital Akademiyasında “Biznesin rəqəmsallaşdırılması” adlı yeni, pulsuz və onlayn kurs istifadəçilərin ixtiyarına verilib.
Bu sahədə yeni fəaliyyətə başlayanların da qatıla biləcəyi bu kurs kiçik və orta sahibkarlıq subyektlərinin (KOB-lar) sürətlə dəyişən müasir rəqəmsal dünyada rəqabətədavamlı qalmasına kömək etmək məqsədi daşıyır. EU4Digital Akademiyası kursu Şərq Tərəfdaşlığı (ŞT) regionundan olan iştirakçılar üçün atingi platforması vasitəsilə təqdim edir.
Kurs İngilis, Erməni, Azərbaycan, Rumın və Ukrayna dillərində təqdim olunur.
Kursda iştirak etmək üçün iştirakçıların hər hansı texniki biliyə sahib olmaları tələb olunmur. Onlar gündəlik əməliyyatları optimallaşdırmağı, müştəri təcrübəsini yaxşılaşdırmağı və biznesin davamlı şəkildə böyüməsinə təkan vermək üçün münasib qiymətli, asanlıqla tətbiq edilən rəqəmsal alətlərin istifadə qaydasını öyrənəcəklər.
Kursun proqramı rəqəmsallaşmanın əsaslarından və müştəri təcrübəsindən tutmuş kiçik bizneslər üçün məlumatların təhlili, KOB-lar üçün kibertəhlükəsizlik və inkişaf etməkdə olan texnologiyalar kimi qabaqcıl mövzuları əhatə edən səkkiz praktik modul üzrə qurulmuşdur.
O, bilik və qabaqcıl təcrübələrini paylaşan Avropa İttifaqı ölkələrindən olan ekspertlər və ŞT ölkələrindən olan sahibkarlarla birgə hazırlanıb.
Sərbəst qrafikli kursu bitirmək üçün maksimum 14 saat tələb olunur.
EU4Digital Akademiyası hazırda ən aktual mövzularda onlayn kurslar təşkil edir. Buraya Aİ satış platformalarında elektron ticarət (hər bir ölkə üçün uyğunlaşdırılıb və İngilis, Erməni, Gürcü, Azərbaycan, Rumın və Ukrayna dillərində təqdim olunur), Rəqəmsal marketinqin əsasları və Kibertəhlükəsizlik kursları daxildir.
Daha çox öyrənin





Digər məlumatlandırma səhifələri:
Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?
Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.
Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,