EU4Culture Şərq Tərəfdaşlığı ölkələrindən yerdəyişmə üzrə layihə təkliflərinin qəbuluna başlayıb
Yanvar 31, 2023

EU4Culture Şərq Tərəfdaşlığı ölkələrindən yerdəyişmə üzrə layihə təkliflərinin qəbuluna başlayıb


Aİ tərəfindən maliyyələşdirilən EU4Culture layihəsi Şərq Tərəfdaşlığı ölkələri olan Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Moldova və Ukraynadan olan rəssamlar və mədəniyyət işçilərinə dəstək olmaq üçün onların yerdəyişmə üzrə qrant layihələrinin qəbuluna başlayıb. 

EU4Culture layihəsinin yerdəyişmə üzrə qrant layihələrinin qəbuluna təcrübə, təhsil səfərləri, konfranslar, təkmilləşdirmə və bilik mübadiləsi və mədəniyyətlərarası dialoqu təşviq edən bütün tədbirləri daxil etmək olar.

Bütün mədəniyyət sahələrini təmsil edən rəssamlar və ya mədəniyyət işçiləri layihələrini təqdim edə bilərlər. Ərizəçilər bu ölkələrin 18 yaşından yuxarı vətəndaşları və ya hüquqi rezidentləri olmalıdır. Müsabiqədə paytaxt olmayan şəhərlərdən olan ərizəçilər üçün xüsusi imkanlar yaradılacaq.

Layihələrdə dörd növ yerdəyişmələr dəstəklənəcək:

  1. Qısamüddətli yerdəyişmələr (5-10 təqvim günü) – 1 500 avroya qədər; 
  2. Ortamüddətli yerdəyişmələr (5 həftəyə qədər) – 3 500 avroya qədər;
  3. Uzunmüddətli yerdəyişmələr (12 həftəyə qədər)  – 5 000 avroya qədər;
  4. Virtual yerdəyişmələr (onlayn iştirak) – 1 000 avroya qədər.

Yerdəyişmə üzrə layihələr Aİ-yə üzv dövlətlərdə, Aİ-nin tərəfdaş ölkələrində və digər Avropa ölkələrində iyun 1 iyun 2023 tarixindən 31 may 2024 tarixinədək həyata keçirilə bilər.

EU4Culture Yerdəyişmə qrantları üçün müraciət edən ərizəçilər təklif etdikləri beynəlxalq yerdəyişmə üçün fəaliyyət planı və büdcə hazırlayaraq Goethe Application Portal (GAP) vasitəsilə təqdim etməlidirlər.

Ərizələrin təqdim olunması üçün son tarix: 27 mart, saat 15:00 (CET).

Yerdəyişmə qrantları ilə bağlı məlumatlandırma tədbirləri 16-24 fevral arası tarixlərdə Zoom platformasında keçiriləcək. Əvvəlcədən qeydiyyatdan keçə bilərsiniz.

EU4Culture yerdəyişmə proqramının məqsədi Şərq Tərəfdaşlığı ölkələrində çalışan rəssam və mədəniyyət işçiləri arasında mədəniyyətlərarası dialoqu və bilik mübadiləsini təşviq etməkdir. Bundan əvvəlki iki layihə təkliflərinin qəbulunda 155 fərdi şəxsin yerdəyişməsinə maliyyə vəsaiti ayrılmışdır. 2024-cü ilə qədər daha iki belə müsabiqənin keçirilməsi planlaşdırılır. 

EU4Culture layihəsi Gote İnstitutu (əsas tərəfdaş), Çex Mərkəzləri, Danimarka Mədəniyyət İnstitutu və “Institut Français de Géorgie” ilə birgə həyata keçirilir. 

Daha çox öyrən

Müraciət forması

Məlumatlandırma tədbiri üçün qeydiyyat

BAĞLANIŞ TARİXİ:

Fevral 27, 2023

İMKANIN NÖVÜ



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,