EU4Culture: Şərq Tərəfdaşlığı ölkələrindəki mədəniyyət işçiləri tərəfindən qrant layihələrinin qəbuluna başlanıb
Yanvar 31, 2022

EU4Culture: Şərq Tərəfdaşlığı ölkələrindəki mədəniyyət işçiləri tərəfindən qrant layihələrinin qəbuluna başlanıb


Aİ tərəfindən maliyyələşdirilən EU4Culture layihəsi Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova və Ukraynadan olan rəssamlar və mədəniyyət işçilərinə dəstək olmaq üçün yerdəyişmə üzrə qrant layihələrin qəbuluna başlayıb.

Layihə qəbulunda təcrübə, tanışlıq xarakteri daşıyan səfərlər, konfranslar, təkmilləşdirmə, bilik mübadiləsi və mədəniyyətlərarası dialoqu təşviq edən bütün tədbirləri daxil etmək olar. Layihələrdə 1 500 avroya qədər qısamüddətli (7-10 təqvim günü), 3 500 avroya qədər ortamüddətli (5 həftəyə qədər) və 5 000 avroya qədər uzunmüddətli (12 həftəyə qədər) yerdəyişmələr dəstəklənəcək.

Yerdəyişmə üzrə layihələri Aİ-yə üzv dövlətlərdə, Aİ-nin tərəfdaş ölkələrində və digər Avropa ölkələrində 2022-ci ilin iyun ayında 2023-cü ilin iyun ayı aralığında həyata keçirmək olar. Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova və Ukraynadan olan bütün mədəniyyət sahələrini təmsil edən 18 yaşından yuxarı rəssamlar və ya mədəniyyət işçiləri layihələrini təqdim edə bilərlər.

Ərizəçilər onlayn ərizə formasından istifadə edərək beynəlxalq yerdəyişmə üçün büdcə ilə birgə fəaliyyət planı hazırlamalı və onu onlayn Höte Ərizə Forması Portalı (GAP) vasitəsilə təqdim etməlidirlər.

Layihə təkliflərinin son qəbulu tarixi 8 apreldir.Aİ tərəfindən maliyyələşdirilən EU4Culture layihəsi Höte İnstitutu (əsas tərəfdaş), Çex Mərkəzləri, Danimarka Mədəniyyət İnstitutu və “Institut Français de Géorgie” ilə birgə həyata keçirilir. 2022-2024-cü illərdə EU4Culture layihəsi yerdəyişmə üzrə ümumilikdə altı qrant layihəsi qəbulu elan edəcək və 250 layihə üçün qrant yardımı ayrılacaq.

BAĞLANIŞ TARİXİ:

Aprel 8, 2022

İMKANIN NÖVÜ



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,