Aİ tərəfindən maliyyələşdirilən EU4Culture layihəsi Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova və Ukraynanın paytaxt olmayan şəhərlərində mədəni və çarpaz innovasiya sahəsində layihə təkliflərinin qəbulunu elan edir. Təkliflərin qəbulu “EU4Culture Şəhərlər Şəbəkəsi” çərçivəsində mədəniyyətlərarası əməkdaşlığı və dialoqu təşviq etmək məqsədi daşıyır.
Layihələrdə iki növ layihələr dəstəklənəcək:
Müsabiqə Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova Respublikası və ya Ukraynada qeydiyyatdan keçmiş, ən azı 2 il ümumi əməliyyat fəaliyyətinə malik olan qeyri-kommersiya təşkilatları (dövlət və ya özəl) üçün açıqdır. Təkliflər uyğun ölkələrdən olan ayrı-ayrı təşkilatlar və ya iki-beş tərəfdaşlardan ibarət konsorsium tərəfindən təqdim edilə bilər. Əsas ərizəçi “EU4Culture Şəbəkəsi Şəhərləri” ndən birində fəaliyyət həyata keçirmiş olmalıdır (aşağıdakı siyahıya baxın), halbuki bu meyar həmərizəçilər üçün məcburi deyil.
2023-cü ilin oktyabr ayından 2024-cü ilin iyuluna qədər həyata keçiriləcək müsabiqə maksimum 10 ay davam edən layihələri dəstəkləyəcək.
Hər layihə üzrə maksimum 25 000 avro həcmində qrant üçün müraciət edilə bilər.
Ərizələrin son qəbulu tarixi 25 iyul 2023-cü ildir (Mərkəzi Avropa vaxtı ilə 18:00). Ərizə ilə müraciət etmək üçün Höte ərizə portalında (GAP) ərizə formasını doldurmaq və lazımi sənədləri təqdim etmək lazımdır. Bununla bağlı məlumat xarakterli görüş iyunun 5-də (qeydiyyat üçün keçid) keçiriləcək.
“EU4Culture Şəhərlər Şəbəkəsi” Mədəni inkişaf strategiyalarını hazırlamaq üçün Aİ tərəfindən maliyyə dəstəyi alan seçilmiş 14 şəhərdə mədəniyyət və yaradıcılıq sahəsində əməkdaşlığın qurulması məqsədi daşıyan EU4Culture layihəsi tərəfindən yaradılmış platformadır. Bu şəhərlərə Ermənistanda Çarentsavan, İcevan, Sevan; Azərbaycanda Xırdalan, Lənkəran və Şəki; Gürcüstanda Kutaisi, Poti və Zuqdidi; Moldovada Cahul və Orhei; və Ukraynada Odessa, Rivne və Vinnitsa daxildir.
EU4Culture layihəsi Höte İnstitutu (əsas tərəfdaş), Çex Mərkəzləri, Danimarka Mədəniyyət İnstitutu və “Institut Français de Géorgie” ilə birgə həyata keçirilir.
Daha çox öyrən





Digər məlumatlandırma səhifələri:
Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?
Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.
Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,