EU4Culture rəssam və mədəniyyət işçiləri üçün yeni qrant müsabiqəsi elan edir
İyul 4, 2022

EU4Culture rəssam və mədəniyyət işçiləri üçün yeni qrant müsabiqəsi elan edir


Aİ tərəfindən maliyyələşdirilən “EU4Culture” Azərbaycan, Ermənistan, Gürcüstan və Moldova Respublikasından olan rəssam və mədəniyyət sahəsində çalışan peşəkarlara dəstək məqsədilə yerdəyişmə üzrə ikinci qrant layihələrinin qəbuluna başlayıb.

Adı çəkilən ölkələrin vətəndaşları və ya qanuni rezidentləri olan 18 yaşdan yuxarı bütün mədəniyyət sektorlarından olan rəssamlar və ya mədəniyyət xadimləri müsabiqədə iştirak üçün müraciət edə bilərlər.

Layihələrə təcrübə, tanışlıq xarakteri daşıyan səfərlər, konfranslar, təkmilləşdirmə, bilik mübadiləsi və mədəniyyətlərarası dialoqu təşviq edən bütün tədbirləri daxil etmək olar.

Layihələrdə 1 500 avroya qədər qısamüddətli (7-10 təqvim günü), 3 500 avroya qədər ortamüddətli (5 həftəyə qədər), 5 000 avroya qədər uzunmüddətli (12 həftəyə qədər) və 1 000 avroya qədər virtual (səyahət yoxdur, lakin başqa ölkədə baş verən tədbirdə onlayn iştirak) yerdəyişmələr dəstəklənəcək.

Yerdəyişmə üzrə layihələri Aİ-yə üzv dövlətlərdə, Aİ-nin tərəfdaş ölkələrində və digər Avropa ölkələrində 2022-ci ilin oktyabr ayının 17-dən 2023-cü ilin oktyabr ayının 27-nə qədər həyata keçirmək olar. 

Ərizəçilər onlayn ərizə formasından istifadə edərək beynəlxalq yerdəyişmə üçün büdcə ilə birgə fəaliyyət planı hazırlamalı və onu onlayn Ərizə Forması Portalı (GAP) vasitəsilə təqdim etməlidirlər.

Layihə təkliflərinin son qəbulu tarixi 2022-ci il avqustun 31-dir.

Aİ tərəfindən maliyyələşdirilən EU4Culture layihəsi Höte İnstitutu (əsas tərəfdaş), Çex Mərkəzləri, Danimarka Mədəniyyət İnstitutu və “Institut Français de Géorgie” ilə birgə həyata keçirilir. 2022-2024-cü illərdə EU4Culture layihəsi yerdəyişmə üzrə ümumilikdə altı qrant layihəsi qəbulu elan edəcək və 250 layihə üçün qrant yardımı ayrılacaq. 

BAĞLANIŞ TARİXİ:

Avqust 31, 2022

İMKANIN NÖVÜ



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,