Avropa Təlim Fondu (ETF) Şərq Tərəfdaşlığı ölkələrindən olan müəllimləri “ETF Yeni Öyrənmə Mükafatı 2022” üçün müraciət etməyə dəvət edir.
Yeni pedaqoji yanaşmalara, tədris və təhsildə rəqəmsal texnologiyaların tətbiqinə, tələbələrin sosial inklüzivliyinin artırılmasına, eləcə də tədris poqramının innovativ və mühüm bacarıqlara əsasən tərtib olunmasına yönəlmiş innovativ təcrübələr üzrə ideyaları olan təhsil işçiləri müraciət edə bilərlər.
Bu təcrübələr ilkin peşə təhsili və təlimi, yetkinlərin təhsili, davamlı peşəkar inkişaf, ali təhsil, qeyri-formal təhsil, şirkətdaxili təhsil kimi müxtəlif tədris kontekstlərində istifadə oluna bilər.
Müraciət üçün son tarix iyulun 22-dir.
Mükafatlandırma mərasimi 2022-ci ilin noyabrında İtaliyanın Turin şəhərində baş tutacaq.
Daha çox öyrən





Digər məlumatlandırma səhifələri:
Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?
Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.
Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,