Bu gün Avropa Komissiyası 2025-ci ilin oktyabr ayında keçiriləcək Blue Book təcrübə proqramı üçün ərizə qəbuluna başlayıb.
Blue Book təcrübə proqramı Avropa Komissiyası tərəfindən təşkil olunan beş aylıq ödənişli təcrübə proqramıdır. O, dünyanın hər yerindən olan gənc məzunları Aİ siyasətinin formalaşması və idarə edilməsi sahəsində praktiki təcrübə ilə təmin edir.
2025-ci ilin oktyabr ayında başlayacaq sessiya beş ay davam edəcək və ərizə ilə müraciət edən şəxslərə Brüssel, Lüksemburq və Aİ-nin 27 üzv dövlətindəki milli ofisləri daxil olmaqla, Avropa Komissiyasının bir çox departament, xidmət və agentliklərində mövcud təxminən 1000-ə yaxın vəzifəyə müraciət etmək imkanı verəcək.
Bütün Aİ ölkələrinin vətəndaşları seçim kriteriyalarına uyğundur və məhdud sayda vəzifələr Şərq Tərəfdaşlığı ölkələrindən olan şəxslər daxil olmaqla, Aİ-yə üzv olmayan ölkələrin vətəndaşları üçün nəzərdə tutulub.
Təcrübə proqramı iki forması var: Tərcümə üzrə Baş Direktoratına (DGT) daxil olan inzibati və tərcüməçi üzrə təcrübə proqramları. Avropa Komissiyasının Birgə Tədqiqat Mərkəzində tədqiqat üzrə təcrübə proqramları da mövcuddur.
Potensial namizədlər bakalavr dərəcəsi və ya ona bərabər dərəcəyə malik olmalı, Aİ təsisatlarında altı həftədən çox olmayan hər hansı iş təcrübəsinə malik olmamalı və ən azı iki Aİ ölkəsinin dilində sərbəst danışmalı və onlardan biri ingilis, fransız və ya alman dili olmalıdır.
Təcrübə proqramı iştirakçılarında Avropaya dair məsələlər ilə bağlı geniş dünya görüşünə malik olmaq, Avropa Komissiyasının fəaliyyətinə maraq göstərmək, fəal yanaşma və multikultural mühitdə işləmək istəyinin olması arzuolunandır.
Seçilmiş şəxslər yaşayış xərclərini ödəmək üçün 1,418.20 avro qrant alacaqlar, lakin öz təşəbbüsləri ilə yaşayış yerlərini təşkil etmələri tələb olunacaq.
Təcrübəçinin gündəlik işi görüşlərdə, iş qruplarında və ictimai dinləmələrdə iştirak etmək və onları təşkil etmək, sənədləri araşdırmaq, vətəndaşların sorğularına cavab vermək və layihənin idarə edilməsini dəstəkləmək daxil olmaqla, müxtəlif tapşırıqlar toplusundan ibarətdir.
Müraciətlərin təqdim olunması üçün son tarix 17 martdır.
Müraciət prosesi Avropa Komissiyasının Autentifikasiya Xidməti (Aİ logini) vasitəsilə həyata keçiriləcək və müraciət edən şəxslər burada qeydiyyatdan keçməlidirlər.
Daha çox öyrən





Digər məlumatlandırma səhifələri:
Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?
Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.
Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,