Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyi 12-14 avqust tarixləri arasında Azərbaycanlı gəncləri 8-ci dəfə Azərbaycanda keçiriləcək Avropa məktəbində (EuroSchool) iştirak etməyə dəvət edir. Üç gün davam edəcək tədbirin məqsədi interaktiv təlim və həvəsləndirici dialoq vasitəsilə Avropa İttifaqını gənclərə tanıtmaqdır.
Azərbaycanın rayonlarından birində təşkil olunacaq bu ilki məktəb Aİ-nin tarixi, fundamental dəyərləri və əsas tərəfdaşlıqları haqqında bilikləri dərinləşdirməyə imkan verən platforma rolunu oynayacaq. Aİ-Azərbaycan münasibətləri, Şərq Tərəfdaşlığı təşəbbüsü, enerji və ətraf mühit problemləri, o cümlədən dezinformasiya ilə mübarizə ilə bağlı məsələlər xüsusilə diqqət mərkəzində olacaq.
Azərbaycanlı Gənc Avropa səfirlərinin (YEAs) fəal iştirakı ilə təşkil olunan məktəbdə iştirakçılar aşağıdakı mövzular üzrə sessiyalara cəlb olunacaqlar:
Bütün sessiyalar təcrübəli təlimçilər tərəfindən İngilis dilində keçiriləcək.
Aİ-nin Azərbaycandakı Nümayəndəliyi iştirakçıları Bakıdan tədbirin təşkil ediləcəyi rayona nəqliyyat vasitəsi, qidalanma və gecələmə (ikinəfərlik otaqlar) ilə təmin edəcək.
İştirak etmək üçün müraciət edən şəxs aşağıdakı meyarlara cavab verməlidir:
Müraciət etmək üçün 1 iyul 2025-ci il tarixinədək rəsmi ərizə formasını dolduraraq təqdim edin. Süni intellekt vasitəsilə doldurulmuş ərizə formaları diskvalifikasiya ediləcək.
Daha çox öyrən





Digər məlumatlandırma səhifələri:
Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?
Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.
Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,