Avropa Komissiyasında təcrübə proqramlarında iştirak üçün yanvarın 31-nə qədər müraciətlərin qəbuluna başlanıb
Yanvar 13, 2022

Avropa Komissiyasında təcrübə proqramlarında iştirak üçün yanvarın 31-nə qədər müraciətlərin qəbuluna başlanıb


2022-ci ilin oktyabrında başlayacaq təcrübə proqramlarına artıq qeydiyyat başlanıb. “Blue Book” təcrübə proqramı Aİ direktoratlıqlarında, təsisat və qurumlarında ödənişli təcrübə sayəsində praktiki təcrübə əldə etməyə imkan yaradır. Təcrübə proqramlarına qoşulan şəxslər Aİ qurumlarının yerləşdiyi Avropa İttifaqının istənilən yerində, məsələn Brüsseldə, Lüksemburqda yerləşdiriləcəklər.

Proqramda əsasən Aİ ölkələrinin vətəndaşları iştirak edəcək, ancaq Aİ-yə üzv olmayan ölkələrin vətəndaşları üçün də məhdud sayda yer ayrılıb. 

Aİ təsisatlarında, orqan, qurum və ya nümayəndə heyətlərində altı həftədən çox iş təcrübəsi olmayan və ingilis, alman və ya fransız dillərini yaxşı bilən hər hansı bir ixtisas üzrə universitet məzunları müraciət edə bilər.

Müracitələrin son qəbulu tarixi 31 yanvar 2022-ci ildir.

Daha çox öyrən

Mətbuat üçün açıqlama

BAĞLANIŞ TARİXİ:

Yanvar 31, 2022

İMKANIN NÖVÜ



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,