
2024-cü ilin mart ayında başlayacaq təcrübə proqramlarına artıq qeydiyyat başlanıb.
“Blue Book” təcrübə proqramı Aİ direktoratlıqlarında, təsisat və qurumlarında ödənişli təcrübə sayəsində praktiki təcrübə əldə etməyə imkan yaradır. Təcrübə proqramlarına qoşulan şəxslər Aİ-nin qurumlarının yerləşdiyi Avropa İttifaqının istənilən yerində, məsələn Brüsseldə, Lüksemburqda yerləşdiriləcəklər.
Proqramlarda əsasən Aİ ölkələrinin vətəndaşları iştirak edəcək, ancaq Aİ-yə üzv olmayan ölkələrin vətəndaşları üçün də məhdud sayda yer ayrılıb.
Aİ təsisatlarında, orqan, qurum və ya nümayəndə heyətində altı həftədən çox iş təcrübəsi olmayan və ingilis, alman və ya fransız dillərini yaxşı bilən hər hansı bir ixtisas üzrə universitet məzunları müraciət edə bilər.
Ərizələrin son qəbulu tarixi 31 avqust 2023-cü ildir.
Daha çox öyrən





Digər məlumatlandırma səhifələri:
Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?
Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.
Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,