Avropa İttifaqının Narkotiklər üzrə Agentliyi (EUDA) və Lissabon Universiteti (Iscte) dünyanın müxtəlif ölkələrindən olan tələbələri, mütəxəssisləri və tədqiqatçıları 2026-cı ildə keçiriləcək iki birgə tədbirdə – Avropa Narkotiklər üzrə Qış Məktəbi (EDWS) və Avropa Narkotiklər üzrə Yay Məktəbində (EDSS) iştirak etmək üçün qeydiyyatdan keçməyə dəvət edir.
Avropa Narkotiklər üzrə Qış Məktəbi (EDWS) 2–13 mart 2026-cı il tarixlərində onlayn formatda keçiriləcək. Onlayn kurs “Sosial medianın narkotiklər sahəsindəki rolu” mövzusuna həsr olunacaq. Tədbirdə sosial medianın narkotik bazarlarına təsiri, istifadə tendensiyaları və mübarizə strategiyaları araşdırılacaq.
İkihəftəlik kurs müddətində iştirakçılar aparıcı ekspertlərin canlı mühazirələrində iştirak edəcək, interaktiv tapşırıqları yerinə yetirəcək və virtual praktiki turlara qatılacaqlar.
2026-cı il 22 iyun – 3 iyul tarixlərində Lissabon şəhərində əyani formatda keçiriləcək Avropa Narkotiklər üzrə Yay Məktəbi (EDSS) isə “Narkotiklərlə mübarizədə cəmiyyətin ümumi yanaşması” mövzusuna həsr olunacaq. Tədbirdə icmaların, mütəxəssislərin, siyasətçilərin, eləcə də narkotik istifadəçiləri və onların ailələrinin maarifləndirmə mərhələsindən effektiv fəaliyyətə keçid yolları təhlil ediləcək. Tanışlıq məqsədi daşıyan səfərlər çərçivəsində iştirakçılar Portuqaliyanın narkomanlığın qarşısının alınması üzrə komissiyaları, mobil metadon bölmələri və narkotik istehlakı məntəqələri ilə yaxından tanış olacaqlar.
EU4Monitoring Drugs II layihəsi çərçivəsində Azərbaycan, Ermənistan, Moldova və Ukraynadan olan mütəxəssislər, akademik heyət və ekspertlər üçün EDWS və EDSS proqramlarının hər biri üzrə iki ədəd təqaüd ayrılıb. Təqaüdlərdə qeydiyyat haqqı qarşılanır. EDSS üzrə təqaüddə Lissabona gediş və qayıdış üçün xərclər, yerləşmə və yemək xərcləri qarşılanır.
Qeydiyyat üçün son tarix Qış Məktəbi üzrə 16 fevral, Yay Məktəbi üzrə isə 8 iyundur.
EU4MD II təqaüdü üçün müraciətlər Qış Məktəbi üçün 31 yanvar 2026-cı il, Yay Məktəbi üçün isə 15 mart 2026-cı il tarixinədək qəbul edilir.
Daha çox öyrənin





Digər məlumatlandırma səhifələri:
Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?
Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.
Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,