Rəy Sorğusu 2019: Azərbaycan

Rəy Sorğusu 2019: Azərbaycan

İyul 3, 2019

Aİ-nin Şərq Qonşuluğu layihəsi “ACT LLC” ilə əməkdaşlıq edərək hər il Aİ-nin altı Şərqi tərəfdaş ölkəsində (Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna) rəy sorğuları keçirir.

2019-ci ildə keçirilən rəy sorğusuna əsasən:

  • Azərbaycan vətəndaşlarının 46%-i Avropa İttifaqı (Aİ) haqqında müsbət təsəvvürə malikdir. Bu rəqəm 2018-ci il ilə müqayisədə 7% artmışdır. Əhalinin cəmi 8%-i Aİ haqqında mənfi təsəvvürə malikdir.
  • Azərbaycanlıların 28%-i Aİ-nin ölkəsinə etdiyi maliyyə dəstəyindən xəbərdardır,  onların 70%-i bu dəstəyin səmərəli olduğunu düşünür.
  • Azərbaycanlıların 74%-i Avropa İttifaqı ilə əlaqələrin yaxşı olduğunu düşünür və bu rəqəm 2018-ci il ilə müqayisədə 9% yüksəlmişdir.
  • Azərbaycan vətəndaşlarının 75%-i Aİ-ni aşağıda göstərilən şəxsi dəyərləri ilə əlaqələndirir: “sülh, təhlükəsizlik və sabitlik”; “dürüstlük və şəffaflıq”; “iqtisadi rifah”; “söz azadlığı”; “insan hüquqları”; “qanunun aliliyi” və s.

İllik rəy sorğularının məqsədi Aİ-nin Şərq Tərəfdaşlığı ölkələrində vətəndaşların Avropa İttifaqı və onun tərəfdaş ölkələrlə əməkdaşlığı haqqında fikirlərini və məlumatlılıq dərəcəsini araşdırmaq və daha yaxşı anlamaqdır.

2019-ci ildə aparılan ictimai rəy sorğusunun nəticələri və regional icmal ilə burada tanış ola bilərsiniz.

Aİ ilə Azərbaycan arasında əməkdaşlıq və tərəfdaşlıq haqqında əlavə məlumatı buradan əldə edə bilərsiniz.

Endir




Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram B&S Europe-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.

Bu məlumat Məsuliyyətdən imtinaŞəxsi məlumatların qorunmasına dair qaydalara tabedir.
© Avropa İttifaqı,