Rəy Sorğusu 2017: Azərbaycan
Oktyabr 31, 2017

Rəy Sorğusu 2017: Azərbaycan


Aİ-nin Şərq qonşuluğu layihəsi ACT LLC ilə əməkdaşlıq edərək, hər il Aİ-nin altı şərq tərəfdaş ölkəsində (Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna) rəy sorğuları keçirir. 

2017-ci ildə keçirilən sorğuya əsasən:

  • Azərbaycanda Aİ-yönümlü meyllər artıb – azərbaycanlıların 47 %-i Aİ haqqında müsbət fikirə malikdir.
  • Azərbaycanlıların 68 %-i Avropa İttifaqı ilə münasibətlərin yaxşı olduğunu düşünür. Bu, regional göstəricidən (61 %) daha yaxşıdır.
  • Azərbaycanlıların yarıdan çoxu (51 %) Aİ-yə etibar edir. Müqayisə üçün, BMT-yə azərbaycanlıların 35 %-i, Avrasiya İqtisadi İttifaqına 26%-i, NATO-ya isə və 32 %-i etibar edir.
  • Azərbaycanlıların 33 %-i Aİ-nin ölkəyə maliyyə dəstəyi haqqında xəbərdardır. Onlardan 65 %-i bu dəstəyin effektiv olduğunu düşünür (müqayisə üçün, bu suala cavabın regional göstəricisi 53 % təşkil edir).  

İllik rəy sorğularının əsas məqsədi Aİ-nin Şərq Tərəfdaşlığı ölkələrində vətəndaşların Avropa İttifaqı və onun tərəfdaş ölkələrlə əməkdaşlığı haqqında fikirlərini və məlumatlılıq dərəcəsini araşdırmaq və daha yaxşı anlamaqdır. Bu sorğular aşağıdakı geniş sahələri əhatə edir:

  • Aİ haqqında ümümi təsəvvür
  • Aİ ilə əlaqələndirilən dəyərlər
  • Aİ-nin tərəfdaş ölkə ilə münasibətlərinin dəyərləndirilməsi
  • Aİ-nin maliyyə dəstəyi ilə bağlı məlumatlılıq və onun effektivliyinin qiymətləndirilməsi
  • Məlumat mənbələri
  • Ölkə üzrə qiymətləndirmə və gələcək gözləntilər

Şərq Tərəfdaşlığının regional icmalı və məlumat bülleteni ilə burada tanış ola bilərsiniz.

Aİ-Azərbaycan əməkdaşlığı və tərəfdaşlığı haqqında əlavə məlumatı bu linkdən əldə edə bilərsiniz.

Endir



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,