Borrel: “Moskva yağ, yaxud silah arasında seçim etməyə məcbur olacaq”
İyul 8, 2022

Borrel: “Moskva yağ, yaxud silah arasında seçim etməyə məcbur olacaq”


Fransanın “Le Journal du Dimanche” qəzetinə verdiyi müsahibəsində Aİ-nin Ali Nümayəndəsi Cozep Borrel bildirib ki, Rusiyanın Ukraynaya qarşı başladığı genişmiqyaslı təcavüzündən sonra bu ölkəyə qarşı tətbiq edilən sanksiyalar artıq Vladimir Putin və onun tərəfdaşlarına ağır zərbə vurur və zaman keçdikcə sanksiyaların Rusiya iqtisadiyyatına təsiri güclənəcək.

Borrel Qərbin Rusiyaya qarşı sanksiyalarının əksər insanların düşündüyündən daha təsirli olduğunu bildirir. O, qeyd edir ki, Rusiyanın irihəcmli xammal ixracına baxmayaraq, istehsal etmədiyi yüksək əlavə dəyərli məhsulların çoxunu idxal etməyə məcburdur. Rusiya bütün qabaqcıl texnologiyalar üçün 45% Avropadan, 21% ABŞ-dan və yalnız 11% Çindən asılıdır.

Borrell qeyd edir ki, sanksiyalar Rusiyanın “İskəndər” və ya KN-101 kimi dəqiq idarə olunan raketləri istehsal etmək imkanlarını məhdudlaşdırır. O, həmçinin əksər xarici avtomobil istehsalçılarının Rusiyanı tərk etmək qərarına gəldiyini və rus şirkətlərinin istehsal etdiyi bir neçə avtomobilin təhlükəsizlik yastıqları və avtomatik transmissiyasız satılacağını qeyd edir.

 “Neft sənayesi xarici operatorların ölkədən çıxması ilə yanaşı, həm də üfüqi qazma kimi qabaqcıl texnologiyalara çıxışın çətinliyindən əziyyət çəkir”, – deyə Aİ-nin Ali Nümayəndəsi bildirib. “Rusiya sənayesinin yeni quyuları istismar etmək imkanları çox güman ki, məhdud olacaq. Nəhayət, hava nəqliyyatının fəaliyyətini qoruyub saxlamaq və müəyyən sayda təyyarələri ehtiyat hissələri ilə təmin etmək üçün Rusiya təyyarələrinin əksəriyyətini xəttdən kənarlaşdırmalı olacaq. Buraya maliyyə bazarlarına çıxışın itirilməsi, böyük qlobal tədqiqat şəbəkələri ilə əlaqənin kəsilməsi və kütləvi beyin axını da əlavə olunur”.

Borrell onu da qeyd edir ki, Çin gözləntilərin əksinə olaraq Rusiya iqtisadiyyatına, xüsusən də yüksək texnologiyarla bağlı məhdud alternativ variantlar təklif edir, çünki Çin hökuməti indiyə qədər Rusiyaya Qərb sanksiyalarından yan keçməyə kömək etməyib.

“Bu əhəmiyyətli və artan təsirlər Vladimir Putinin strateji hesablamalarında dəyişikliyə səbəb olacaqmı? Çox güman ki, yaxın gələcəkdə olmayacaq: onun hərəkətləri ilk növbədə iqtisadi məntiqə söykənmir. Bununla belə, yağ və ya silah arasında seçimə məcbur etməklə sanksiyalar onu getdikcə sıxılan bir məngənəyə salır”, – Cozep Borrel əlavə edib. 

Daha çox öyrən

Mətbuat üçün açıqlama



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,